Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:03
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

13:26 17.11.2020
Köçkünlər ermənilərlə birgə yaşayışa necə baxırlar? (Reportaj)
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

13:22 17.11.2020

Şuşaya Füzulidən yol çəkiləcək

Füzuli şəhərindən Şuşa şəhərinə yolun inşası başlanıb.

Bu barədə prezident İlham Əliyev dünən, noyabrın 16-da Füzuli rayonunda səfərdə olarkən bildirib. Onun sözlərinə görə, bu yolun çox böyük əhəmiyyəti var. Prezident əlavə edib ki, bu yol "bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır".

Prezident habelə qeyd edib ki, Şuşa şəhərinə getmək üçün əvvəlki dövrlərdə istifadə olunan Ağdam-Xankəndi-Şuşa yolundan istifadə hələ ki mümkün deyil.

01:37 17.11.2020

Kreml Azərbaycanda Türkiyə hərbçiləri məsələsinə münasibət bildirdi

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Azərbaycana Türkiyə hərbçilərinin göndərilməsinə dair prezident Rəcəb Tayyib Ərdoğanın fərmanının parlamentə təqdim olunmasına münasibət bildirib.

"RIA Novosti" agentliyinin yazdığına görə, Peskov bildirib ki, bu, Türkiyə Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan bir prosedurdur: "Məsələ burasındadır ki, Azərbaycanın ərazisində monitorinq mərkəzi olacaq. Oraya isə Türkiyə hərbçiləri göndərilməlidir. Bu, Türkiyə Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş daxili prosedurun yerinə yetirilməsidir. Bu, Türkiyənin daxili işidir".

21:11 16.11.2020

Dağlıq Qarabağa 725 erməni qaçqın qayıdıb

Rusiya Müdafiə Nazirliyinin sözçüsü Yevgeni Konaşenkov noyabrın 16-da deyib ki, son iki gündə Dağlıq Qarabağa 700-dən çox erməni qaçqın qayıdıb: "Noyabrın 15-də Ermənistan Respublikasından Rusiya sülhməramlılarının və hərbi polisin müşayiəti ilə 475 qaçqın qaytarılıb. Noyabrın 14-dən başlayaraq ümumilikdə Dağlıq Qarabağı döyüş əməliyyatına görə tərk etmiş 725 qaçqın qayıdıb".

"Interfax" agentliyinin məlumatına görə, Konaşenkov habelə bildirib ki, Dağlıq Qarabağda meyitlərin mübadiləsi prosesi davam edir. Onun sözlərinə görə, bu proses Rusiya sülhməramlılarının və Qırmızı Xaçın vasitəsilə həyata keçirilir.

Davamı

XS
SM
MD
LG