Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:17

Zümrüd Yağmur "QORXU"


Millətimə ithaf!

Qorxu əzəli və əbədidirmi?!…

Qorxunu yaradan bir –birindən qopxur, güclünün gücü, kamilin kamilliyi, cahilin cahilliyi, sevginin, nifrətin böyüklüyü bütün canlı aləmi təhdid edir. Hər kəs özünü müdafiə etmək ücün qorxuya cavab verir, özünə məxsus, bacardığı kimi…

Qızılgül də tikanlıdır. Onu üzüb qıracaq birinin əlini dalayıb, qanadır, incidir…

Bu qızılgülün özünə məxsus özünü müdafiəsidir, qorxuya, qorxduğuna cavabıdr, incəcik, xəfif... Bəlkə də gözəl…

Qorxunun gözəli, gözəlliyi olur, qorxunun kamili də olur. İnsanın insanı, bir körpəni incitmək, bir köməksizi oldürməkdən qorxu ilə vaz kecməsində kamillik və gözəllik var, cünki bu İlahi, Böyük hərfli Böyük qorxudur…

Amma hec bir millətdə bütövlükdə Böyük qorxu olmur, İlahi qorxu fərdidir. Böyük qorxu İlahinin varlığına inananın qorxusudur və bu qorxuda ləyaqətsizlik, qorxuya təlabat yoxdur, cünki İlahi qorxuda can qorxusu mövcud deyil, bu qorxu Ruhun Böyüyə sığınmasıdır.

İnsan canı ücün qorxduqca cılızlaşır, ruh ücün qorxusa insanı sevginin ən uca zirvəsinə- kamilliyə qovuşdurur.

Hec bir millət Bütövlükdə kamil də olmur, kamillik də fərdidir…

Amma qorxunu həyatının tələbinə çevirən, dünyəvi, can qorxusu olmadan yaşaya bilməyən, o qorxu həyatından çıxdıqda yenisini yaradıb öz həyatına gətirən bir millət var, mavi, bir az sirli dənizin sahilində qorxusuna məbəd tikib bu qorxusu ilə də qorxa-qorxa sadəcə canını qorumaq üçün ləyaqət, qürur, olanını şeytanın zindan qorxusuna qurban verən bir millət…

Bu millət elə bir millətdir ki, qorxunu onun həyatından çıxarıb “qorxma “ deyənə güldü, hardasa qocalıb əldən düşmüş, beli bükülmüş qorxunc qorxuya qədim bir torpaqda can verib dircəltdi, onu öz həyatına , ömrünə dəvət etdi, “qorxusuz yaşaya bilmirəm” dedi, qorxunun əlini öpüb təzim, özünə sultan etdi, o da qılıncını qaldırıb endirdi və bu millətin icində elə bir dünyəvi, insanı, şeytani qorxu yaratdı ki, o millət sanki rahatladı, çünki o böyük dənizin sahilində yaşasa da dənizdə üzmək istəmirdi, qorxurdu.

Dənizlər onun üçün deyildi, iylənmiş göldə, sınıq taxta parcasında can qorumaq dənizdəki fırtınada can qorumaqdan asandır axı…

Qorxunun cızdığı sahədən kənara ayaq qoymaq cəsarəti yoxdur, istəmir də o cəsarəti, çünki qorxusunun ucbatından millətliyi də müccərrədliyə çevrilmiş bu toplu o qədər real, dünyəvidir ki, qəhrəmanlığın ilahiliyinə lağ edib gülür, rişxənd edir, onu alıb satır…

Bu dünyəviləsib reallığın köləsinə cevrilmiş, bu dünyanı hər şey hesab edib, can qorxusunu hər şeyin ötəsində tutub ancaq malını və canını müqqəddəs, toxunulmaz sayan millət üçün hokmdar qorxusu Allah qorxusundan ucadır.

Çünki Allahın yüksəkliyinə sığına bilməyənlər hökmdarın alçaqlığına sığınıblar…

Hökmdar mütləqləşdirilib, qorxu ilahiləşdirilib…

Bu millət bətnində böyütdüyü qorxunun özünə, törəmələrinə boyun əydikcə qorxu özünü olduğundan da böyük görməyə başladı, millətsə can qorxusundan bəzən ona nəfəs almağa belə mane olan qorxuya qarşı çıxmağı ağlının ucundan belə kecirmir, çünki qarşı durmaqda cəsarət tələb olunur, etirazdan sonra mübarizə gəlir, mübarizədən sonra əzablar, çətinliklər…

Bütün bunlarsa kicik gölməçələrdə ləngər vuranlar üçün deyil…

… Böyük mübarizələr kiçiklərin işi deyil…

… Böyük qorxuya təlabatı olanların “müdrüklüyünün” gücü hər şeyin bu dünya ilə bitəcəyi düşüncəsidir, bu dünyadasa “hamı necə, sən də elə” olmalısan, “elə olmadınsa” yadsan, özgəsən, heçsən…

Qorxuya təlabatı olanların icində cəsarətli olmaq həm facıədi, həm də dəhşət… Gərəksizliyin də qorxusunu yaşamaq can qorxusu ilə yaşayanlarla birgə yaşamaqdan cətindir, yoxsa asan…

Bilmək olmur, amma gərəksizləşdirilənin nifrəti haqdır. İlAHİNİN, HAQQIN HAQQI QƏDƏR HAQDIR…

Bu toplumu birləşdirib bir edən icində bəslədiyi, can verdiyi qorxusu, nə olursa-olsun canıma dəyilməsin, ruhum didilsin, parcalansın, tapdansın, fərq etməz, çünki bu toplu ruhunun, onun varlığının , insanılıyinin, bu qoruduğu quru canı ona verənin, tapdadıb əzdirdiyi ruhunun sahibinin fərqində deyil. Hər şey onu real olaraq əhatə edən bu dünyanın reallığı içərisinə sığışıb.

Bu millət dənizin o tərəfində nə var marağını qorxuya qurban verib, çünki o tərəfə, o azad sahilə çatmaq üçün ya xəyal gücün, müqəddəsliyin o qədər uca olmalıdır ki, müqqəddəslər kimi suyun üzəri ilə addım atıb kecməlisən, ya da dənizin qorxusunu dəf etməlisən…

Suyun üzəri ilə addımlaya bilməz, çünki inamı yoxdur, inamı olmayanın imanı da olmaz, imanı olmayansa Uca Yaradanın qəzəbinə gələr, qəzəbinə gəldisə Qorxuncun ən zalımını sənə hökmdar edər.

Bu da toplunun haqq etdiyi haqqdır…

Qorxunun əbədisi var, bir də keçicisi… Əbədi olan ilahi üçündür, keçici olan can üçündür. Bu toplu keçicini seçib, özü üçün əbədiləşdirib, cünki onun üçün əbədi qorxu ehtimaldı, “ bəlkə də var”, “birdən doğru olar” düşüncəsidir, inamsızlığın Ucalıqla alış-verişə girişmək imansızlığıdır.

Hökmdar-qorxu real, ucalıq-qorxususa ehtimaldı, ona görə də “Zülmə dözməyin”deyən Ucalığın səsi bu toplumun qorxudan ölmüş ruhunda eşidilmir, hökmdarın zülmüsə daş kimi bir kisədə hər bir fərdin boynunda, ruhunda, cəsarətində asılıb və kölə kimi zəncirə vurulmuşlara vurulan qamçılar nə yazıq ki, qoruduqları canlarını incıtmir, daha doğrusu, incidilməsini hiss etməyə icazə vermir qorxu, çünki bir gün dil dillənə, beyin düşünə, əl qalxa bilər, can qorxusu deyilən o ləyaqətsizliyin nəzarətindən çıxa bilər bu toplu… Ona lazım olan budurmu!

Bu təbəəyə lazım olan nədir axı! Azadlıq, dənizin o tərəfi, yoxsa durğun göl! Azadlıq, yoxsa köləlik! Bəlkə köləlik! Bəlkə doğrudan da “yumruğun mövcudluğu” lazımdır bu təbəəliyi ilə millətləşmə şüurunu məhv edib qorxduğuna “hörmət edib” onu özünə hökmdar edən topluya!

“Göz gördüyündən gorxar” deyimi bu toplumun özünə bəraət cəhdidir, amma bu toplumun gercək kimliyini əks etdirən deyimin mahiyyəti də qorxudur, özü də maddi olandan qorxmaq, ona görədir ki, günahdan cox güclüdən qorxur. İlahidən cox tayfa bascısından…

Gözləri ilə gördükləri günah və Allah deyil, güclü və tayfa başçısıdır, maddi olan, real olan qorxu mənbəyidir.

Gözlə görə bilməyib varlığına şübhə etməsə da sevə bilmədiyindən qorxmur, çünki Allaha sevgi bu toplumun öz seçimi deyil, qorxudan çevrilməsinin nəticəsidir…

Qorxudan cevrilmələr…

Əlində qılıncla gələnin gətirdiyi Allah, din, imanı sevib qəbul etmədi, sadəcə qorxub cevrildi, müsəlman oldu…

Sonra əli qılınclı biri torpaq ücün gəldi, yenə cevrildi, torpaq verən oldu, qurtarmadı cevrilmələr, dil üçün gələn oldu.

Xətai adlanan bir seçkinin, bu topluma aid olmayan, onun üzünə cevrilə bilməyən bir qəhrəmanın dili yadellinin qılılncı ağzında doğranıb qanına qəltan edildi, qorunmadı, çünki o dilə sevgi yoxdu, sadəcə o dili qorumaq istəyəndən sağ olanda qorxmaq vardı, qoruyan öldü, qorxanlar qaldı.

Qəhrəmanlıq bu toplumun üzü, siması deyil, əziz tutduğu, qoruduğu deyil, “el ücün ağlayan göz kor olar” dediyidir.

Çünki qəhrəmanının gözünü həmişə kor edib, əzənə təzim edib, yıxılana zərbə vurub, içindən qorxunu atıb başını qaldırıb dənizin o tərəfinə baxmaq istəyənə tənə edib, “Başını asağı sal, çörəyini qazan”… Bu “ağsaqqalının” məsləhətidir…”Cörəyini qazan ye, qorxunu ac qoyma, qidalandır, doyur”. Bu topluda analar igid böyütmür, “kimsə ocağında böyüyənə “başını dık tut, kimsəyə əyilmə” demir, Bütün ocaqların tüstüsündən odda yanan igidliyin qoxusu gəlir, çünki körpələr anaların bətnindən qorxunun“ dinmə, başını aşağı sal” yaddışı ilə doğulir.

Başını dik tutana tənə, başını aşağı salana hörmət…

Bəlkə dünyanın başqa bir yerındə özünü əzənə bu qədər “hörmət” bəsləyən ikinci bir toplu yoxdur…

Toplumlar azad ola bilmək ücün dənizlər üzüb kecir, toplular da var ki, can qorxusu ilə azadlığı qurban verib köləliyi seçir, çünki köləlikdə kimsə bir-birindən qəhrəmanlıq gözləmir.

Burda hamı qorxuda bərabərləşir, eyniləşir, istedadlı istedadsızla, zəngini yoxsulla, biləni bilməyənlə qorxu vasıtəsələ qardaşlaşır. Millətləri millət edən vahid məfkurədir, bu toplunu birləşdirənsə qorxudur…

Bizi bir arada tutan bu qorxuya lənət olsun!.
XS
SM
MD
LG