Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:20

Ədəbiyyat üzrə Nobel mükafatı Mario Varqas Lyosaya verildi


Mario Varqas Lyosa
Mario Varqas Lyosa
2010-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatı Peru yazıçısı Mario Varqas Lyosaya verildi.

Məlumatı oktyabrın 7-də İsveç Akademiyası açıqlayıb.

Akademiya yazıçıya mükafatın "hakimiyyət strukturunun kartoqrafiyasi, eləcə də fərdin müqaviməti, üsyanı və məğlubiyyəti ilə bağlı parlaq obrazların yaradılmasına görə" verib.

Mükafat öz sahibinə dekabrın 10-da Stokholmda təqdim olunacaq. Mükafatı ona xüsusi mərasimdə İsveç kralı təqdim edəcək.

Dekabrın 10-u Alfred Nobelin vəfat etdiyi gündür.

Mükafatın dəyəri təminən 1,5 milyon dollardır. Mükafatın sahibinə diplom və medal da veriləcək.

ÜSYANKAR YAZAR, İCTİMAİ XADİM


Müa­sir La­tın Ame­ri­ka­sı ədə­biy­ya­tı­nın ön­cül no­va­tor ya­zı­çı­la­rın­dan olan pe­ru­lu na­sir Ma­rio Var­qas Lyo­sa 28 mar­t 1936-cı ildə Are­kip­də do­ğu­lub. (Seyfəddin Hüseynlinin Lyosadan etdiyi tərcüməyə ön sözündən)

Le­on­sio Pra­do hər­bi mək­tə­bin­də, da­ha son­ra San-Mar­kos pay­taxt uni­ver­si­te­tin­də təh­sil alıb.

1958-ci il­də Mad­rid uni­ver­si­te­ti­nin tə­qaü­dü­nü qa­za­na­raq, uzun müd­də­tə Av­ro­pa və Ame­ri­ka­ya ge­dib. Doq­quz il­dən son­ra R.Qal­ye­qos adı­na bey­nəl­xalq mü­ka­fa­ta la­yiq gö­rü­lən Var­qas Lyo­sa ya­zı­çı­nın ic­ti­mai hə­yat­la sıx bağ­lı­lı­ğı möv­zu­sun­da məş­hur nit­qi­ni söy­lə­yib.

Da­ha son­ra­lar öz fi­kir­lə­ri­ni hə­ya­ta ke­çir­mək üçün Pe­ru­da 1990-cı il­də ke­çi­ri­lən pre­zi­dent seç­ki­lə­rin­də na­mi­zəd ki­mi iş­ti­rak edə­rək, məğ­lu­biy­yə­tə uğ­ra­yıb.

Var­qas Lyo­sa­nın 1963-cü il­də yaz­dı­ğı ilk ro­ma­nı "Şə­hər və kö­pək­lər" Li­ma­da onun ki­tab­la­rı­nın nü­ma­yiş­ka­ra­nə yan­dı­rıl­ma­sı ilə nə­ti­cə­lə­nən qal­ma­qa­la sə­bəb olub. Le­on­sio Pra­do hər­bi mək­tə­bi­nin "ger­çək ta­rix­çə­si"ndə əks et­di­ri­lən əca­ib xü­su­siy­yət­lər Pe­ru­nun bü­tün hərb­çi züm­rə­si­ni is­teh­za hə­də­fi­nə çe­vi­rib. "Ya­şıl ev" ro­ma­nı­nın əsas möv­zu­la­rı olan zo­ra­kı­lıq və öz­gə­ləş­mə ey­ni vaxt­da beş kə­si­şən sü­jet xət­ti­lə in­ki­şaf et­di­ri­lir.

Ya­zı­çı bu­ra­da ge­niş­lən­di­ril­miş mon­taj tex­ni­ka­sın­dan, ha­di­sə­lə­rin za­man və mə­ka­nı­nın ani əvəz­lən­mə­lə­rin­dən, çox müx­tə­lif nöq­tə­lər­dən ya­naş­ma üsu­lun­dan is­ti­fa­də edir.

"Kü­çük­lər" he­ka­yə­sin­də "əsl ki­şi mü­hi­ti"nə dü­şən ax­ta oğ­la­nın ba­şı­na gə­lən­lər təs­vir olu­nur. "Kil­sə­də söh­bət" ro­ma­nı M.Od­ria­nın dik­ta­tu­ra­sı za­ma­nın­da Pe­ru cə­miy­yə­ti­nə xas olan na­qis­lik­lə­ri or­ta­ya çı­xa­rır.

"Pa­lo­mi­no Mo­le­ro­nu kim öl­dü­rüb?" de­tek­tiv po­ves­tin­də gənc bir mü­ğən­ni­nin qət­li hə­qi­qə­tin və əda­lə­tin qa­rı­şıq sər­həd­lə­ri­nin ay­dın­laş­dı­rıl­ma­sı üçün zə­min ro­lu oy­na­yır.

Var­qas Lyo­sa "Ka­pi­tan Pan­ta­le­on və xe­yir­xah əməl­lər ro­ta­sı", "Məh­şər sa­va­şı" və baş­qa ro­man­la­rın, elə­cə də Flo­be­rin ya­ra­dı­cı­lı­ğı haq­da təd­qi­qa­tın mü­əl­li­fi­dir.

Nobeld'n əvvəl Lyosa ispandilli ölkələrin ən nüfuzlu ədəbi mükafatı - Servantes mükafatına, eləcə də Nabokov mükafatına layiq görülüb.

LYOSANIN ÖZ ÖLKƏSİNDƏ NÜFUZU

Bu yaxınlarda Peru prezidenti Alan Qarsia Mario Varqas Lyosanın müraciətindən sonra öz fərmanını ləğv edib.

Bir müddət əvvəl verdiyi fərmanla prezident 2003-cü ilə qədər hərbçi və xüsusi xidmət orqanlarının törətdiyi qanunsuzluqların araşdırılmasını dayandırmışdı.

Peruda həm də ictimai xadim kimi tanınan Lyosa prezidentə müraciətində bildirmişdi ki, fərman “80-90-cı illərdə insanları oğurlayan, həbs edilənlərə işgəncə verən, onları öldürən hərbçi və xüsusi xidmət orqanları əməkdaşlarına “pərdələnmiş amnistiyadır”.

80-90-cı illərdə Peruda davam edən vətəndaş müharibəsi zamanı hökumət qüvvələri və solçu üsyançılar arasında gedən döyüşlərdə 70 minə yaxın insan öldürülmüşdü. (BBC)

Bundan qabaq Lyosa etiraz nümayişi kimi vətəndaş müharibəsi zamanı həlak olan insanların xatirəsinə muzeyin yaradılması ilə məşğul olacaq komissiyaya rəhbərlik etməkdən boyun qaçırmışdı.

Lyosa öz şübhəsini ifadə etmişdi ki, yəqin prezident ilk dəfə dövlətə rəhbərlik etdiyi 80-ci illərin sonunda baş vermiş cinayətləri ört-basdır etmək istəyir.

Mario Varqas Lyosa keçmiş SSRİ məkanında da kifayət qədər tanınır.

Onun 1963-cü ildə çap edilən məşhur “Şəhər və köpəklər” romanı rus dilinə də çevrilmişdi və gənclər arasında çox populyar idi.

Alan Qarsia 2006-cı ildə ikinci dəfə Peru prezidenti seçilib. O 1985-90-cı illərdə də prezident olub.

(Nobel mükafatının bu ilki sahibi və onun əsərləri haqda ətraflı məlumat üçün "Oxu zalı"nı izləyin).

NOBEL MÜKAFATININ SON İLLƏRDƏ SAHİBİ OLMUŞ YAZARLAR

Keçən il mükafata alman yazar Herta Müller layiq görülmüşdü.

2008 - Jean-Marie Gustave Le Clézio
2007 - Doris Lessing
2006 - Orhan Pamuk
2005 - Harold Pinter
2004 - Elfriede Jelinek
2003 - John M. Coetzee
2002 - Imre Kertész
2001 - Sir Vidiadhar Surajprasad Naipaul
2000 - Gao Xingjian
1999 - Günter Grass
1998 - José Saramago

ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI HAQDA ƏTRAFLI

Dünyada ədəbiyyat sahəsində ən nüfuzlu mükafat sayılır. 1901-ci ildən hər il verilir. İstənilən ölkənin yazıçısının bu mükafata namizədliyi irəli sürülə bilər.

Mükafatın kimin verilməsini müəyyənləşdirmək İsveç Akademiyasına tapşırılıb.

Mario Varqas Lyosa 1985
Hər il İsveç Akademiyası dünya ölkələrindəki yazarlar birliklərinin rəhbələrinə, dil və ədəbiyyat institutlarına, Nobel mükafatçılarına minlərlə məktub göndərərək onlardan mükafata namizəd irəli sürmələrini xahiş edir.

Yazarlar birliklərinin rəhbərləri öz namizədliklərini verə bilməzlər.

Adətən minlərlə müraciətdən təxminən 50-sinə cavab (namizədin irəli sürülməsi haqda) gəlir.

Fevralın 1-dən sonra gələn cavablar nəzərə alınmır.

İlkin seçimdən sonra apreldə “20-lik”, yayda isə “5-lik” müəyyən edilir.

Bundan sonra "5-liyin" əsərləri ətraflı şəkildə nəzərdən keçirilir.

Oktyabr ayında İsveç Akademiyasının üzvləri səsvermə ilə qalibi seçirlər. Yarıdan çox səs qazanan namizəd qalib elan edilir.

Mükafatın dəyəri 1,4 milyon dollardır. Qalibə diplom və medal da verilir.

Təqdimat mərasimi ilin axırı baş tutur.

İndiyəcən bu mükafata Azərbaycandan yalnız yazıçı Kamal Abdullanını namizədliyi irəli sürülüb.

Lyosa ilə bağlı həmçinin oxu
Məşhur yazıçı prezident seçkilərinə niyə qatılmışdı?
Prezident fərmanı və yazıçı sözü
Mario Varqas Lyosa "Katoblepas" («Gənc ya­zı­çı­ya mək­tub­lar»­dan)
XS
SM
MD
LG