Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:35

Emin Milli: «Bu, sadəcə ədalətsizlik idi»


Emin Milli də azadlıqdadır
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00
Direct-ə keçid

Noyabrın 19-da Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad olundu

Həbsdə olan bloqqer Emin Milli də azadlıqdadır.

Noyabrın 19-da Salyan Rayon Məhkəməsi bloqqer Emin Millinin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxıb və onun azad edilməsinə dair qərar verib.

Emin Milli AzadlıqRadiosuna deyib ki, o, bu məhkəmədən hər cür qərar gözləyirmiş:

“Bu, sadəcə bir ədalətsizlik idi. Hamıya, xüsusilə də jurnalistlərə təşəkkür edirəm bu ədalətsizliyi bu qədər işıqlandırdıqları üçün. Məncə, kiçik bir ədalətsizlik də bu qədər işıqlandırılanda cəmiyyətin inkişafına çox böyük töhfə olur. Ümid edirəm ki, bizim bu proses də Azərbaycanda insan hüquqlarının daha da yaxşı qorunmasına, gənclərin öz gücünə inanmasına gətirib çıxardacaq, nəinki əks prosesə”.

Emin Milli bu məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını gözləyəcəklərini deyir.

“Hər bir insanın arzusudur ki, öz günahsızlığını sübut etsin”.

Emin Milli digər bloqqer Adnan Hacızadə ilə birgə ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulub. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.

Adnan Hacızadə noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.


MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG