Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:26

Osloda terror: 93 ölü. Terrorçu tək olmayıb (VİDEO)


Norveçdə həlak olanların sayı 91 nəfərə çatdı
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00
Direct-ə keçid

Norveçdə hakim partiyanın gənclər təşkilatının düşərgəsinə terrorçunun hücumu nəticəsində azı 84 nəfər həlak olub. Onlarla insan yaralanıb. Oslonun mərkəzindəki hökumət binalarının yanında törədilən partlayışda da 7 nəfər ölüb, 19 nəfər yaralanıb. Polis


Polis hesab edir ki, Utoya adasında düşərgəni güllələyən terrorçular azı 2 nəfər olub.

Bu haqda NRK dövlət televiziyası məlumat verir.

«NRK müxbirlərinin söhbətləşdiyi gənclər deyib ki, cinayətkar bir yox, iki olub».

***

Norveçin hakimiyyətdə olan Əmək Partiyasının gənclər düşərgəsində norveçlinin açdığı atəş nəticəsində azı 85 nəfər həlak olub.

Onlarla insan yaralanıb. (Sonradan yaralılardan da biri dünyasını dəyişib - red.)

Hüquq-mühafizə orqanları qurbanların sayının çoxalma ehtimalını istisna etmirlər.

Ümumilikdə düşərgədə 700-dək adam olub.

İyulun 22-də Norveç paytaxtında dalbadal iki terror aktı törədilib.

Əvvəlcə Oslonun mərkəzindəki hökumət binaları kompleksi yaxınlığında partlayış olub. 7 nəfər ölüb, 19 nəfər yaralanıb.

Bir neçə saat sonra isə polis formasında olan norveçli paytaxt yaxınlığındakı adada yerləşən gənclər düşərgəsində toplaşanlara atəş açıb.

Polis atəş açmaqda şübhəli bilinən şəxsi saxlayıb. Bildirilir ki, saxlanılan ultra-sağçı qruplaşmalarla bağlı olan etnik norveçlidir və onun paytaxtdakı partlayışla əlaqəsi var.



(Norveç mətbuatının materialları əsasında hazırlanıb)

32 yaşlı norveçli həbs olunub. Onun mənzilində axtarış aparılır

Norveç polisi həbs olunan şəxsin 32 yaşlı etnik norveçli olduğunu təsdiq edib. Onu Oslo yaxınlığındakı Utoya adasında, Əmək Partiyası gənclərinin yay düşərgəsinə silahlı hücumla bağlı həbs olunduğu bildirlir. Eyni şəxsin Oslo mərkəzindəki güclü partlayışda da əli olduğu təxmin edilir. Norveç jurnaslitləri həbs olunan şəxsin evində axtarış aparııldığını bildirirlər. Onun mənzili Oslonun Qərb məhəlləsində, nisbətən varlı şəxlərin yaşadığı rayonda yerləşir.

Hadisədə şübhəli bilinənAnders Behring Breivik
Norveç mətbuatı Utoya adasındakı qanlı faciənin şahidlərinin təsvir etdiyi dəhşətli səhnələrlə doludur.

Şahidlərin dediklərinə əsasən, cinayətkar polis geyimində düşərgəyə gələrək Oslodakı partlayış haqqında məlumat verəcəyini deyib. Sonra isə gəncləri aramsız atəşə tutub.

Gənclər kolluqlarda, qayalarda, tikililərdə gizlənməyə çalışıblar. Suya hoppanaraq adadan üzməklə uzaqlaşmağa çalışanlar da olub.

Norveç polisi cinayətin motivləri və iştirakçıları haqda məlumat verməyə tələsmir. İstintintaq getdiyini bildirir.

Terror aksiyalarının İslam estremistləri ilə əlaqəsi haqda suallar açıq olaraq qalır. Həbs olunan şəxsin etnik Norveçli olması, "islam" versiyası ilə yanaşı, neonasistlərin də adının hallanmasına gətirib çıxarıb.

Osloda partlayışda 7, gənclər düşərgəsində isə 10 nəfərin öldüyü bildirilir

Bir və bir neçə bomba maşına və ya maşınlara qoyulubmuş.

Bu məlumatı baş nazirin ofisi verib.

Baş nazir Stoltenberg televiziya ilə şıxışında Oslodakı partlayışı ciddi hücum adlandırıb.

Baş nazir hazırda harda olduğunu deməytib.

O bildirib ki, polis ona harada olduğunu deməməyi məsləhət görüb.

Polis forması geyinmiş bir şəxs hakim Əmək partiyasının (sosial-demokrat) gənclər təşkilatının Utoya adasındakı düşərgəsinə silahlı hücum edib.

Hadisənin Oslonun mərkəzində hökumət binasındakı partlayışla əlaqəsinin olub-olmaması bilinmir.

Atəş açan şəxsi tutublar.

Osloda güclü partlayış olub
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00


Oslonun mərkəzində güclü partlayış olub. Hadisədə iki nəfər həlak olub, bir neçə adam yaralanıb, baş nazirin də ofisinin yerləşdiyi hökumət binalarına ziyan dəyib.

Reutersin müxbiri azı 8 yaralını sayıb.

Frans Pressin son məlumatına görə, polis deyib ki, bu bomba partlayışıdır.

Reuters yazır ki, versiyalardan biri maşına qoyulmuş bombanın partlamasıdır.

Reutersin müxbiri azı 8 yaralını sayıb.

Baş nazir Stoltenbergin ofisinin yerləşdiyi 17 mərtəbəli binanın şüşələrinin çoxu sınıb.
Yaxınlıqda neft nazirliyinin yerləşdiyi binada yanğındır.

Norveçin NTB agentliyi xəbər verir ki, baş nazir sağdır.
XS
SM
MD
LG