Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:22

Hüquq müdafiəçisi xuliqanlıqda ittiham olunur


Oqtay Gulalıyev
Oqtay Gulalıyev
Aprelin 9-da «Kür» Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyevin 12 günlük azadlıqdan məhrum edilib. Hüquq müdafiəçisi İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozma və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Bu barədə AzadlıqRadiosuna «Kür» Vətəndaş Qərargahının üzvü Mehman Əliyev məlumat verib.

«Oqtay Gülalıyev monitorinq üçün Minbaşı kəndinə getmişdi. Orda bir neçə sakinlə görüşəndə bələdiyyə başçısı, icra nümayəndəsi onu təhqir ediblər, deyiblər ki, sənin nə ixtiyarın var bura gəlib girirsən. Orda sözləşiblər. Yerli icra nümayəndəsi zəng edib polisə. Qaragüney bölməsindən gəlib onu aparıblar. Ordan isə Sabirabad polis bölməsinə aparıblar. Orda isə belə bir söhbət olub ki, guya o camaatı nümayişlərə təhrik edir».

Kür daşqınlarından sonra problemləri həll edilməyən Minbaşı kəndinin sakinləri ötən həftə etiraz aksiyası keçirmiş və yolu bağlamışdılar.

Sabirabad Rayon Məhkəməsi də AzadlıqRadiosuna Oqtay Gülalıyevin həbsini təsdiqləyib.
XS
SM
MD
LG