Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

Paris terrorçularından biri təslim oldu, polis iki qardaşı axtarır


Axtarışda olan qardaşlar: 32 yaşlı Cherif Kouachi və 34 yaşlı Said Kouachi.
Axtarışda olan qardaşlar: 32 yaşlı Cherif Kouachi və 34 yaşlı Said Kouachi.

Fransanın BFM TV kanalının verdiyi məlumata görə sözü gedən şəxs öz adını sosial mediada gördükdən sonra təslim olmaq qərarına gəlib.

-

Yanvarın 7-də 3 maskalı şəxs Parisdə Cahrile Hedbo satirik jurnalın redaksiyasına silahlı hücum edərək 12 nəfəri qətlə yetirib. Jurnalistləri və onların köməyinə gələn polis işçilərini gülləyəndən sonra cinayətkarlar hadisə yerindən qaçıb. AzadlıqRadiosu hadisələrin gedişini izləyərək daim bu yazını yeniləyir. Son xəbərlər mətnin yuxarısında yerləşdirir.

HADISƏLƏRİN DAVAMINI BURADA İZLƏ

PARİSDƏ DAHA BİR POLİS ƏMƏKDAŞI ÖLDÜRÜLÜB

Parisin cənubunda atışmada yaralanan qadın polis keçinib. Polis bunadək 2 nəfərin yaralandığını deyirdi. Hələlik bu hücumun yanvarın 7-də Şarle Ebdu jurnalına edilmiş silahlı basqınla bağlı olub-olmaması bəlli deyil.

Polisin Frans-Presə verdiyi məlumata görə, polislərə zirehli gödəkcədə olan yaraqlı atəş açıb. Daxili işlər naziri Bernard Cazeneuve hadisənin baş verdiyi Port de Şatiyon rayonuna gedib.

Hücum edən aradan çıxıb.

PARİSİN CƏNUBUNDA DAHA BİR SİLAHLI TOQQUŞMA

Parisin cənubunda daha bir atışma olub. Media 3 nəfərin yaralandığını bildirir. Hadisənin yanvarın 7-də baş verən qətliamla əlaqəsi olub-olmadığı haqda xəbər verilmir.

CİNAYƏTKARLARDAN BİRİ POLİSƏ TƏSLİM OLUR

Fransanın prokurorluq orqanları “Charlie Hebdo” jurnalına silahlı basqın edərək 12 nəfəri öldürməkdə şübhəli bilinən üç şəxsdən birinin - özünün təslim etmiş şübhəlinin adını açıqlayıb.

Reuters agentliyi xəbər verir ki, bu, 1996-cı il təvəllüdlü Hamyd Mourad-dır.

Beləliklə, hazırda qaçaq düşən Said və Cherif Kouachi qardaşlarının axtarışı davam edir.

Polis bildirib ki, hücum edənlərdən birinin şəxsiyyəti, qaçarkən maşında qoyduğu şəxsiyyət sənədindən bəlli olub.

Polis mənbələri bildiriblər ki, axtarışda olan iki qardaşdan biri - Cherif Kouachi əvvəllər terrorçuluq ittihamı ilə 18 ay həbsxana cəzası çəkib.

O, 2005-ci ildə şərqi Parisdəki məsçiddə İraqda amerikalılara qarşı döyüşmək üçün yaraqlıları səfərbər edən qrupun üzvü olub.

Polis qardaşların son dərəcə təhlükəli və silahlı olduqları barədə əhaliyə xəbərdarlıq edib.

***

Reuters agentliyi xəbər verir ki, satirik “Charlie Hebdo” jurnalına qanlı basqınla əlaqədar polisin axtardığlı 18 yaşlı şəxs könüllü olaraq Fransanın şimal-şərqindəki prokurorluğa gəlib.

Polis hazırda 1980-ci il təvəllüdlü Said Kouachi, 1982-ci il təvəllüdlü Cherif Kouachi qardaşlarını və 1996-cı il təvəllüdlü Hamyd Mourad-ı 12 nəfərin qətli ilə əlaqədar axtarır.

Prokurorluq rəsmisi özünü təslim etmiş şəxsin kimliyini açıqlamayıb.

Fransanın BFM TV kanalının verdiyi məlumata görə sözü gedən şəxs öz adını sosial mediada gördükdən sonra təslim olmaq qərarına gəlib.

Bu da xəbər verilir ki, iki qardaşa yaxın çevrədə olanlardan bəziləri də həbs ediliblər.

***

Fransa polisi “Charlie Hebdo” satirik jurnalının Paris redaksiyasına hücum edərək 12 nəfəri qətlə yetirmiş yaraqlıların axtarışını davam etdirir.

Onların qaçıb aradan çlıxdıqları avtomobil sonradan Fransa paytaxtının şimalında aşkar edilib.

“Renault Clio” markalı avtomobil elə şəhərin bu hissəsində oğurlanıbmış.

Hücum edənlərdən üçüncünün basqındakı funksiyasına görə sürücü olduğu bəllidir.

Yaraqlıların kimliklərinin müəyyən edildikləri bildirilir, lakin adlar rəsmən təsdiq edilməyib.

BBC-nin Newsnight proqramı şübhəlilərin Əlcəzair əsilli olduqları ehtimallarını səsləndirib.

Bəzi xəbərlərə görə hücumla əlaqədar ölkənin şimal-şərqindəki Reims şəhərində əməliyyat keçirilir.

Şahidlər hücum edənlərin fransızca səlis danışdıqlarını qeyd edirlər.

Fransanın daxili işlər naziri Bernard Cazeneuve hücum edənlərin 3 nəfər olduğunu təsdiq edib.

İnternetdə paylaşılmış həvəskar videosüjetdə yaraqlıların “Biz Məhəmməd peyğəmbərin karikaturalarına görə qisas aldıq” deyə qışqırdıqları eşidilir.

Bəzi məlumatlara görə atışma barədə xəbər alan polis dərhal hadisə yerinə çatıb və hətta polis maşını qaçmaq istəyən şübhəlilərin qarşısını kəsib. Lakin burada başlanmış atışmada polislərdən ikisi öldürülüb.

İkinci polisin artıq yerə yıxılmış vəziyyətdə başına atəş açılaraq öldürüldüyü bildirilir.

Polis mənbələri basqınçıların qaçmaq üçün iki avtomobildən istifadə etdiklərini xəbər verirlər.

Yaraqllılar basqın yerinə Citroen C3 markalı avtomobildə gəliblər. Bu avtomaşın da oğurluq olub.

Bəzi xəbərlərə görə, polis qaçanların izini günorta saatlarından sonra itirib, lakin hazırda onların izinə yenidən düşə biliblər.

Ölkədə terror təhlükəsi dərəcəsi ən yüksək həddə qaldırılıb.

İbadət evlərinin , ticarət mərkəzlərinin, media qurumlarının mühafizəsinin gücləndirildiyi xəbər verirlir.

Media bildirir ki, bundan əvvəl, dekabrda Fransada baş vermiş zorakılıqların təcrübəsiz həvəskarlar tərəfindən törədildiyi görünürdü, lakinjurnalın redaksiyasına hücum edənlərin hərəkətlərindən onların yaxşı təlim gördükləri hiss olunur.

France 24 telekanalının internet saytında FTB-nin direktoru James Comey-yə istinadən bildirilir ki, büronun əməkdaşları təhqiqat işində Fransa xəfiyyələrinə dəstək verirlər.

-

Fransanın paytaxtı Parisdə satirik Şarli Yebdu (Charlie Ebdo) jurnalının ofisinə edilmiş silahlı hücumda azı 12 nəfər həlak olub. Onlardan 4 nəfəri tanınmış karikaturaçı, 2 nəfərisə polis əməkdaşıdır.

"France 24" telekanlı hadisənin şahidlərindən birinin çəkdiyi bu videokadrları yayıb. Görüntüdə yaraqlıların polis əməkdaşını öldürdükləri əks olunur:

Polis həmçinin 10 nəfərin yaralandığını və onlardan bəzilərinin ağır vəziyyətdə olduğunu deyir.

Agentliklərin məlumatına görə maskalı və silahlı adamlar binaya soxulub və təxminən 5 dəqiqə atışma gedib.

Skynews xəbər verir ki, hücum edənlər 3 nəfər olub. Onlar "Məhəmməd peyğəmbərin qisasını aldıq" qışqırıblar. Onlar "Kalaşnikov" avtomatları ilə silahlanıbmışlar.

Bundan sonra onlar jurnalın redaksiyasına gəldikləri maşına əyləşib hadisə yerini tərk ediblər.

Sonradan maşını atıblar. Maşını tapan polis əməkdaşları araşdırma aparırlar.

Vatikanın sözçüsü Ciro Benedettini terror aktını "iyrənc" adlandırıb. Deyib ki, bu, "ikiqat qorakılıq aktıdır", həm xalqa, həm də mətbuat azadlığına qarşı.

Ərəb ölkələri Liqası, eləcə də sünnilərin ən nüfuzlu elm mərkəzi olan Al-Azhar Universiteti (Misir) Parisdəki terror aktını pisləyiblər.

ABŞ prezidenti Barak Obama deyib ki, jurnal redaksiyasına "qorxaqcasına hücum edənlər söz azadlığından nə dərəcədə qorxduqlarını" göstəriblər.

ABŞ Dövlət katibi John Kerry deyib ki, ölən jurnalistləri "azadlıq uğrunda şəhidlər" adlandırmış fransalı imamla razıdır: "Bu, sivilizasiyalar arasında qarşıdurma deyil, bu, sivilizasiya ilə sivil dünyaya qarşı çıxanların qarşıdurmasıdır".

Fransa - terror aktından sonra Parisin mərkəzinə toplaşan insanlar jurnala dəstək kimi "Mən Charlie-yəm" şüarı qaldırıblar. 7 yanvar, 2015
Fransa - terror aktından sonra Parisin mərkəzinə toplaşan insanlar jurnala dəstək kimi "Mən Charlie-yəm" şüarı qaldırıblar. 7 yanvar, 2015

Kerry ABŞ-ın ağır gündə Fransa xalqının yanında olduğunu bildirib. Onun sözlərinə görə, fikir azadlığı və mətbuat azadlığı fundamental, bəşəri dəyərlərdir. Kimsə bu dəyərləri hədəfə ala, hücum edə bilər, amma məğlub edə, məhv edə bilməz.

Almaniya kansleri Angela Merkel, Britaniyanın baş naziri David Cameron da hadisəni pisləyən dünya liderləri arasındadırlar.

Hadisə yerinə gələn prezident Francois Hollande bunun terror aktı adlandırıb. O bildirib ki, son bir neçə həftədə başqa bir neçə hücumun da baş verməsi önləmmişdi.

Məlumatlara görə prezident gününün sonunda hökumətin təcili iclasını çağıracaq.

Jurnalın əvvəlki redaksiyası da 2011-ci ilin noyabrında tamamilə yandırılmışdı.

O vaxt Məhəmməd peyğəmbərin karikatirasını çap edəndən bir gün sonra qəzetin redaksiyasına Molotov kokteylləri atıldı.

“Charlie Hebdo”-nun keçən həftəki son tvitində isə İslam Dövləti yaraqlılarının lideri Abu Bakr al-Bagdadinin karikaturası verilmişdi.

Bu, jurnalın islamla bağlı karikaturlar çap etməsindən sonra baş vermişdi.

HADİSƏLƏRİN DAVAMINI BURADA İZLƏ

Basqın qurbanlarından biri hadisə yerindən çıxarılır.
Basqın qurbanlarından biri hadisə yerindən çıxarılır.
Yaralı hadisə yerindən çıxarılır.
Yaralı hadisə yerindən çıxarılır.
Fransa prezidenti Francois Hollande hadisə yerində jurnalistlərlə söhbət edir.
Fransa prezidenti Francois Hollande hadisə yerində jurnalistlərlə söhbət edir.
Jurnalın ofisi qarşısında silahlılarla üz-üzə gələn polis əməkdaşları. 7 yanvar 2015
Jurnalın ofisi qarşısında silahlılarla üz-üzə gələn polis əməkdaşları. 7 yanvar 2015
Jurnalın ofisinin qarşısı.
Jurnalın ofisinin qarşısı.
XS
SM
MD
LG