Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:42

Şadlıq evləri ilə bağlı yeni standartlar


Şadlıq sarayında yemək masası
Şadlıq sarayında yemək masası

-

Şadlıq sarayları üçün yeni standartlar: qab yumaq, yeməyin hazırlanması, saxlanması və realizəsi nəzarətdə olacaq

Sentyabrın 1-dən şadlıq sarayları ilə bağlı yeni standartları qüvvəyə minir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qab yuyulması, qabların saxlanması və yeməklərin hazırlanması ilə bir sıra dəyişikliklər elan edib.

Bundan sonra şadlıq evlərində mətbəxdə qabların yuyulması iki üsulla: əl və qabyuyan maşınlar vasitəsilə aparılmalıdır. Mətbəx qazanlarının və avadanlığının əllə yuyulması üçün 3 bölümlü, şüşə qablar və mətbəx dəstlərinin yuyulması üçün iki bölümlü vannalar olmalıdır.

Qaydalara görə, təmiz mətbəx qabları və avadanlıqların alt hissəsi döşəmədən ən azı 50-70 sm hündürdə olan rəflərdə, təmiz mətbəx dəstləri zalda xüsusi şkaflarda, təmiz boşqablar isə bağlı şkaflarda və ya rəflərdə saxlanmalıdır.

Salat qatışdırılan kimi stola verilməlidir

Yeməklərin realizasiyası və saxlanması ilə bağlı standarta gəlincə, «İsveç masası» xidmət növündə təqdim olunan marmitdə, sobada qızdırılan qablarda olan isti yeməklər ən çoxu üç saat ərzində, soyudulmuş hazır soyuq yeməklər isə bir saat ərzində realizə edilməlidir.

Həmçinin salatların inqrediyentləri qatışdırılmamış vəziyyətdə 2-6 dərəcədə 6 saatdan çox saxlanmamalıdır, qatışdırıldıqdan sonra dərhal stola verilməlidir, yeni standart bunu tələb edir.

Bundan başqa şadlıq evlərinə baytarlıq ştampı (möhürü) və şəhadətnaməsi olmayan bütün növ kənd təsərrüfatı heyvanlarının ətindən, quş əti və quş yumurtasından, ördək və qaz yumurtalarından istifadə etmək qadağan edilir.

Soyuducular və ərzaqların soyuducuda saxlanması üçün də müvafiq standartlar hazırlanıb.

Mətbəxdə əlçəksiz olmaz!

Personalın şəxsi gigiyenik qaydalarına da dəyişiklik edilib. Belə ki, personal üst geyimlərini və şəxsi əşyalarını qarderobda saxlamalı, işə başlamazdan əvvəl əllərini təmiz yumalı, təmiz xalat və əlcək geyinməli, başlarını örtməli və saçlarını diqqətlə örtüyün altına yığmalıdır. Komitə hesab edir ki, əllərində irinli sızanaqlar, kəsiyi, yanığı olan, yuxarı nəfəs yolları epidemiyalı xəstələr bu sahələrdə işə buraxılmamalıdır.

XS
SM
MD
LG