Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:44

DİN-dən Aynarın kafesi ilə bağlı açıqlama


Aynar Məmmədov
Aynar Məmmədov

-

Daxili İşlər Nazirliyi deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olduğu deyilən «Nar Cafe»də əməliyyat keçirilməsi haqda xəbəri təsdiqləyir.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, oktyabrın 11-də adıçəkilən kafedə qanunsuz mərc oyunları keçirilib. Bu zaman 8 nəfər saxlanılıb. Onlar barəsində inzibati qaydada protokol tərtib edilərək cərimə olunmaları üçün məhkəməyə göndərilib.

Orxan Mansurzadə saxlanılanlar arasında Aynar Məmmədovun da olması haqda «Azadlıq» qəzetinin yazdığını nə təkzib edir, nə də təsdiq edir. O deyir ki, bu haqda məlumatsızdır. Bu haqda mətbuata verdiyi məlumatdan artığını bilmir.

Elton Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

XS
SM
MD
LG