Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:37

General Mədət Quliyev kimdir?


Mədət Quliyev
Mədət Quliyev

►Azərbaycan prezidenti İlham Əliyev Mədət Quliyevin Azərbaycan milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov işdən niyə çıxarıldı? - #Versiya1

Eldar Mahmudov işdən niyə çıxarıldı? - #Versiya1

Qeyd edək ki, prezident 17 oktyabrda sərəncam verərək Milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən azad edib.

Eldar Mahmudov 2004-cü il iyulun 23-dən bu vəzifədə çalışırdı.

Oktyabrın 19-da isə MTN-nin bir sıra əməkdaşları saxlanıb və barələrində həbs-qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluqda faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Həmçinin prezident “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib.

1983-cü ildən daxili işlər orqanlarında xidmət edib.

Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparıb. 1992-1994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

Məqalə fotodan sonra davam edir

Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib.

2011-ci ildə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.

2012-ci ildə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Ailəlidir. İki övladı var.

A-Live Eldar Mahmudovun həbsi haqda

XS
SM
MD
LG