Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:58

Yerevanda etiraz aksiyası- [Video]


Yerevanda etiraz aksiyası davam edir
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Yerevanda etiraz aksiyası davam edir

►Müxalifət hesab edir ki, hakim partiya Konstitusiya islahatları adı altında öz ömrünü uzatmaq istəyir

“Yeni Ermənistan” hərəkatı dekabrın 2-də yenidən Yerevanın mərkəzi meydanında etiraz aksiyasına toplaşıb.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti xəbər verir.

Aksiyaçılar konstitusiya düzəlişləri ilə bağlı referenduma qarşı çıxırlar.

Referendum dekabrın 6-na təyin edilib.

“İrs” partiyasının lideri Raffi Ovannisyan isə bundan əvvəl “Azadlıq” meydanında tərəfdarları qarşısında çıxış edərkən bildirib ki, hakimiyyətin təzyiqlərinə baxmayaraq etirazlar davam etdiriləcək.

Dünəndən başlayan etirazlar müxalifəti canlandırıb.

Buna da bax: Ramil Usubov Nardarandan danışdı- [Video]

Polislə toqquşmaya baxmayaraq Raffi Ovannisian hakim partiyanın baş qərargahı qarşısına gül qoymaqdan çəkinməyib: ”Bu güllər, vida gülləridir. Çünki artıq saxtalaşdırılmış referendumla özünü möhkəmləndirmək istəyən və Ermənistan Respublikasını öz partiyası ilə əvəz etmək istəyən bu partiya olmayacaq”-deyə o bildirib.

Dekabrın 6-da Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçiriləcək.

Söhbət Ermənistanın parlament üsul-idarəsinə keçməsindən gedir.

Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Müxalifət hakim partiyanı hakimiyyəti zəbt etməkdə və ömrünü uzatmaqda ittiham edir.

Aksiyadan foto
Aksiyadan foto

XS
SM
MD
LG