Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:32

Qanunlarda "süni qiymət artımı" deyilən anlayış yoxdu


►"İstehlak məhsullarına qiyməti dövlətin təyin etməsi bazar iqtisadiyyatının prinsip və qanunlarına uyğun deyil"

Bunu iqtisadçı ekspert Elxan Mikayılov deyir.

Devalvasiyadan sonra dövlət orqanları prezidentin tapşırığı ilə inzibati yolla qiymətləri tənzimləməyə, vahid qiymət tətbiq etməyə çalışırlar.

İqtisadçı hesab edir ki, bu həm də Dünya Ticarət Təşkilatının (DTT) tələblərinə ziddir. "DTT - nin tələblərinə görə, dövlətin məhsullara vahid qiymət qoyması rəqabət mühitini pozur, idxalı məhdudlaşdırır”.

Ekspert bir istisnayla razılaşır və bildirir ki, inhisarçılıqla mübarizəni hədəf götürən dövlət qiymətlərə nəzarət edə bilər:

“Ancaq vahid qiymət təyin etmək olmaz. Bu yalnız konkret məhsullara, dərman vasitələrinə, enerji daşıyıcılarına və bu kimi məhsullara qoyula bilər. Azərbaycan qanunvericiliyinə görə, təbii inhisar adlandırılan dövlət müəssislərinin satdığı məhsullara qiymət qoyula bilər”.

Buna da bax: Vəkil: “Natiq Kərimov özünü qismən təqsirli sayır”

Sabit qiymətlər “sahibkarlar müflisləşdirə bilər”

Elxan Mikayılov deyir ki, bazarda dominant mövqeli müəssisələrin məhsullarına vahid qiymət qoymaq olmaz: “Sadəcə, qiymətlərin bazarda əsas paya malik olması səbəbindən tənzimlənməsinə (qiymətin qaldırılmasına-red.) nəzarət etmək olar. Bununla bağlı Azərbaycan tərəfi DTT qarşısında öhdəlik də götürüb. Sabit qiymət qoyulması sahibkarların müflisləşməsinə gətirib çıxara bilər. Bu, sosial baxımdan əhalinin maraqlarına uyğun olsa da, uzunmüddətli perspektivdə daha ciddi problemlərə yol aça bilər”.

“Azərbaycan qanunlarında "süni qiymət artımı" anlayışı yoxdur”

Erkin Qədirli
Erkin Qədirli

Hüquqşünas Erkin Qədirli Azərbaycan qanunlarında "süni qiymət artımı" anlayışının olmadığına diqqət çəkir:

“Prokurorluq bunu bilir, ona görə də həbs edərkən "vəzifədən sui-istifadə" və "alıcının aldadılması" əsaslarını seçir. Bunlar tam yersiz ittihamlardır, çünki bu anlayışların içinə aldığı pozuntuların mahiyyəti tamamilə başqadır”.

Erkin Qədirlinin sözlərinə görə, inkişaf etmiş ölkələrin qanunlarında "süni qiymət artımı" anlayışı var: “Ancaq bu anlayış yalnız qiymətli kağızlar bazarında saxta anlaşmalara aid olunur. Azərbaycanda qiymətli kağızlar bazarı, faktik olaraq, yoxdur. Yumurta qiymətli kağız deyil”.

“İnhisarçı olmayan satıcının qiyməti artırması...”

Hüquqşünas deyir ki, inhisarçı olmayan satıcının qiyməti artırması satıcının öz riskidir və heç bir qanun pozuntusu yaratmır:

“Alıcının marağı - istədiyi malı (xidməti) mümkün qədər ucuz almaqdır. Satıcının marağı - satışa çıxardığı malı (xidməti) mümkün qədər baha satmaqdır”.

XS
SM
MD
LG