Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:49

Təhsil Nazirliyindən test üsulunun ləğvi xəbərinə reaksiya


►Təhsil Nazirliyi test sisteminin ləğv olunacağı ilə bağlı nazir Mikayıl Cabbarovun fikirlərinin doğru anlaşılmadığını bildirir.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun açıqlamasına görə, təhsil naziri testin ləğv ediləcəyini söyləməyib:

“Təhsil naziri Mikayıl Cabbarov ANS-in “Hesabat” verilişinə müsahibəsində test sisteminin ləğvi haqqında bircə kəlmə də söz işlətməyib. Əksinə, müsbət tərəflərini qeyd edib”

C. Valehov deyib ki, nazir qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan aslı olmadan həyata keçirilməsinin Azərbaycan kontekstində böyük üstünlük olduğunu bildirib.

Nazir sadəcə, əvvəl-axır təhsil sistemində qiymətləndirmədə məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranacağını deyib.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Nazirlik sözçüsünün açıqlamasından belə anlaşılır ki, nazir Mikayıl Cabbarov əslində test üsulunun daha da inkişaf etdirilməsindən bəhs edib.

Təhsil naziri Mikayıl Cabbarov bir neçə gün əvvəl ANS telekanalına müsahibəsində demişdi:

“Yeni layihə üzərində iş gedir, hazırkı qəbul sistemi dəyişdirilməlidir. Yeni tədris sistemi ilə oxuyan məzunlarımız 3 ildən sonra məktəbi bitirirlər. Onların biliyini testlə qiymətləndirmək doğru deyil”.

Bu açıqlamaları ölkədəki bir sıra qəzet və saytlar dərc etmişdilər.

Test sistemi əvəzinə Rusiya qəbul sistemi?
Gözlə

No media source currently available

0:00 0:11:04 0:00

XS
SM
MD
LG