Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:52

Avropa Oyunlarındakı avtobus qəzası üzrə məhkəmə başlandı


Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri

►“Vəli Əhmədovun belə bir qəza törədəcəyini əvvəlcədən necə bilmək olardı?"

Bakıda keçirilən Avropa Oyunları zamanı avstriyalı idmançıların vurulduğu avtobus qəzası üzrə yenidən məhkəmə prosesi başlayıb.

Bu cinayət işi bundan əvvəl də məhkəməyə göndərilmişdi, amma hakim istintaqdakı çatışmazlıqları, o cümlədən zərərçəkmiş idmançıların dindirilməməsini, ekspert rəylərinin olmamasını əsas gətirib, işi prokurorluğa geri qaytarmışdı.

Məhkəmə qarşısına dörd nəfər çıxarılıb, onların arasında avtobusun sürücüsü Vəli Əhmədovla yanaşı, Nizami Rayon Polis İdarəsinin “Təhlükəsiz Şəhər” Xidmətinin keçmiş əməkdaşı Elçin Həsənov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamov, Xidmətin Bakı Regional şöbəsinin Sərnişindaşımanın Tənzimlənməsi Sektorunun məsləhətçisi Fərid Əmiraslanov da var.

Buna da bax: Avtobusun vurduğu avstriyalı qıza yardım lazımdı

Sürücü Vəli Əhmədova qarşı CM-nin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə ittiham irəli sürülüb. O, Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breytin vurulması ilə nəticələnmiş qəzanı törətməkdə təqsirləndirilir.

Polis əməkdaşı Elçin Həsənov qəza baş verərkən “Təhlükəsiz şəhər” kameralarının lentə aldığı görüntüləri yaydığına görə cəzalandırılıb və ona CM-nin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə ittiham verilib.

Nəqliyyat Nazirliyinin əməkdaşları isə sürücü Vəli Əhmədovun xəttə çıxmasına imkan verib, qəzanın qarşısını almamaqda günahlandırılır. Onlara qarşı CM-nin 314-cü (səhlənkarlıq) maddəsilə ittiham irəli sürülüb.

___________________________________________________________

Bunlara da bax:
Astara qəbiristanlığında başdaşılar sındırılıb
Azərbaycan ABŞ insan haqları hesabatında tənqid edilir

___________________________________________________________

“QƏZANI ƏVVƏLCƏDƏN NECƏ BİLMƏK OLARDI?”

Təqsirləndirilən şəxslərdən Fərid Əmiraslanov istisna olmaqla, digər üç nəfər həbsdədir.

Verena Breit, Vanessa Sahinovic və Luna Pajer
Verena Breit, Vanessa Sahinovic və Luna Pajer

Fərid Əmiraslanovun vəkili Ağaveyis Şahverdi də onun heç bir cinayət törətmədiyini bildirib və onun barəsində cinayət təqibinə xitam verilməsini istəyib:

"Fərid Əmiraslanov 314-cü maddənin subyekti ola bilməz. O, ittiham olunur ki, Avropa Oyunlarında iştirak edəcək sürücülərin siyahısından niyə Vəli Əhmədovun adını çıxarmayıb. Əvvəla, Avropa Oyunlarında idmançıların daşınmasında iştirak edəcək sürücülərin seçilməsində onun heç bir rolu olmayıb. Bu barədə heç bir rəsmi əmr, göstəriş yoxdur. Həmin sürücülərlə müqaviləni Fərid Əmiraslanov bağlamayıb. İkincisi, Vəli Əhmədovun belə bir qəza törədəcəyini əvvəlcədən necə bilmək olardı? Təsəvvür edin, kimsə müəssisədə işə götürülür və bir müddət sonra həmin işçi cinayət törədir, məsələn, oğurluq edirsə, buna görə müəssisənin rəhbərini məsuliyyətə cəlb etmək nə dərəcədə məntiqlidir?"

Sürücünün vəkili Zöhrab Əsgərov Vəli Əhmədovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıb:

"Vəli Əhmədovun ittiham olunduğu maddədə üç ilə qədər həbs cəzası nəzərdə tutulub. Bu maddədə nəzərdə tutulan əməl az ağır cinayətlər kateqoriyasına aiddir və qanuna görə verilən cəza da məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Orada isə rejim qaydası daha yüngüldür. Belə olan halda, Vəli Əhmədovun on aydır ki, həbsdə saxlanılması qanunsuzdur".

“HÜSEYN SALAMOV MƏZUNİYYƏTDƏ OLUB”

Nəqliyyat Nazirliyinin digər əməkdaşı Hüseyn Salamovun vəkili Pərviz Ələkbərov işin içində ittihamları təsdiqləyəcək kifayət qədər sübut olmadığını deyir. Müdafiəçi bildirir ki, bu sürücünün işə qəbulunda, onun xəttə buraxılmasında Hüseyn Salamovun heç bir rolu olmayıb:

"Sürücülərin siyahısı hazırlanarkən Hüseyn Salamov məzuniyyətdə olub".

Elçin Həsənovun vəkili İsmayıl Abışov da hüquqlarını müdafiə etdiyi polisin heç bir cinayət törətmədiyini bildirib. Müdafiəçi həmçinin Elçin Həsənov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. İş üzrə məhkəmə baxışı aprelin 22-nə təyin olunub.

Xatırladaq ki, sözügedən avtobus qəzası 2015-ci il iyulun 11-də "Atletlər kəndi"nin nəqliyyat deposunda baş verib.

"Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyti vurub.

Buna da bax: Manchester Universitetində təhsil alan azərbaycanlı...

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun radio proqramında

12 yaşlı məktəblinin Putinə çətin sualı
Azərbaycanı Kuba, Venesuela kimi sərt tənqid edirlər

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

"ABŞ Azərbaycana iki yol təklif edir"
Putin Qarabağdakı qanlı toqquşmadan danışdı

XS
SM
MD
LG