Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:02

Əli Kərimli: 'Ankara Bakıdan əsl gülənçiləri tələb edəcək'


Arxiv fotosuI Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev (solda) və Recep Tayyib Erdogan, İstanbul, 26 iyun 2012
Arxiv fotosuI Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev (solda) və Recep Tayyib Erdogan, İstanbul, 26 iyun 2012

Hakimiyyətə yaxın mətbuatın AXCP sədri və yaxın çevrəsinin “gülənçi” olması haqqında iddialarına Moskvadan da dəstək gəldi. Rusiyanın rəsmi dövlət kanalı da bu təbliğata qoşuldu. “Rossiya 24” telekanalının “Vesti” proqramında avqustun 16-da gedən süjetdə AXCP sədri Əli Kərimli “şəriət dövləti yaratmaq cəhdində” ittiham edilir. Azərbaycanda hakimiyyətə yaxın saytlardan birisə Kərimlinin və yaxınlarının “gülənçi”lərlə əlaqəsini araşdırır.

“AZƏRBAYCAN İQTİDARI “DARBE” ZAMANI 15 SAATA YAXIN SUSDU”

AXCP sədri AzadlıqRadiosuna müsahibəsində ona qarşı hücumu “şər-böhtan kampaniyası” adlandırıb, ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen hərəkatı ilə hər hansı əlaqələri olmadığını söyləyib.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimlinin sözlərinə görə, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı prezident Recep Tayyip Erdogana dərhal dəstək verməyən Azərbaycan iqtidarı pis vəziyyətə düşüb:

Əli Kərimli ona qarşı "Gülençi" ittihamları barədə
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

“Azərbaycan iqtidarı 15 saat ərzində susqunluğunu qoruyub. Ona görə gizlədilsə də, rəsmən etiraf edilməsə də, Azərbaycan və Türkiyə hökumətləri arasında gərginlik var. Fakt budur ki, Türkiyə hökuməti bir neçə dəfə Azərbaycana Fethullah Gülen tərəfdarlarına qarşı tədbir görülməməsindən narahat olduğunu eşitdirib. Bir neçə dəfə elan ediblər ki, gülənçilərin Türkiyədən sonra ən yaxşı təşkilatlandığı ölkə Azərbaycandır. Bu adamların əksəriyyəti dövlət idarələrində, SOCAR-da, dövlətin himayəsində olan təhsil müəssisələrində yerləşsə də, Azərbaycan hakimiyyəti onlarla bağlı hər hansı addım atmır”.

AXCP sədri məhz Azərbaycan hakimiyyətinin Fethullah Gulenlə sıx əlaqəsi olduğunu iddia edir: “Hamı bilir ki, Azərbaycan hökumətinin ABŞ Konqresindəki lobbiçiliyini Gulen-ə yaxın adamlar təşkil ediblər”.

Əli Kərimli buna görə də hakimiyyətin “formal da olsa, gülənçilərə qarşı tədbir görülməsi imitasiyası yaratmağa məcbur” qaldığını, AXCP-dən, müxalif qüvvələrin birləşdiyi Milli Şuradan “zorla gülənçi düzəltməyə” çalışdığını bildirir.

Bynlara da baxın:



“RUSİYA QƏRBYÖNÜMLÜLƏRİ SIRADAN ÇIXARMAQ İSTƏYİR”

Müxalifət lideri Rusiyanın onu “hədəf götürməsinə” də aydınlıq gətirir. O, son zamanlar Türkiyə ilə Rusiyanın müvəqqəti də olsa yaxınlaşdığını və bunun da Moskvanın bölgədəki mövqeyini xeyli gücləndirdiyini bildirir.

AXCP sədrinin fikrincə, bundan istifadə etmək istəyən Rusiya Azərbaycanı qanadı altına almağa çalışır, Bakını “Avroatlantik məkana inteqrasiya tərəfdarlarını sıradan çıxarmağa təhrik etdiyini” qeyd edir. Buna görə də Rusiyanın dövlət telekanallarının “rəsmən Azərbaycan müxalifətini hədəf seçdiyini”, Rusiyaya bağlı qüvvələrin, “beşinci kolonun” yerli müxalifət əleyhinə mübarizə apardığını bildirir.

GÜLƏNÇİLƏRLƏ BAĞLI CİNAYƏT İŞİNDƏN SƏS YOXDUR

Yeri gəlmişkən, avqustun 15-də yerli media Respublika Prokurorluğunun sözçüsü Eldar Sultanova istinadla Azərbaycandakı gülənçilərlə bağlı cinayət işi açıldığı haqda xəbər verdi. Ancaq bu müddətdə cinayət işinin detalları hələ də açıqlanmır, bu işdə kimlərin ittiham olunduğu, nə qədər insanı əhatə etdiyi, onların atdığı və ya atmaq istədikləri addımlar haqda hər hansı xəbər verilməyib.

AzadlıqRadiosu dəfələrlə Respublika Prokurorluğuna zəng etsə də, sualına cavab ala bilməyib.

Rövşən Rzayev
Rövşən Rzayev

AZƏRBAYCANDA GÜLƏNÇİLƏR KİMDİR?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev AXCP-nin, Milli Şuranın gülənçilər və ya başqa istənilən qüvvəylə əməkdaşlığını mümkün sayır. “Biz vaxtilə riyaziyyatçının müdafiə naziri olmaq iddiasına şahid olmuşuq və onun ağrılarını hələ də yaşayırıq”, – söyləyir deputat.

Rövşən Rzayev AzadlıqRadiosunun Azərbaycanda Fethullah Gulen şəbəkəsinin dövlət qurumlarında və ya onun himayəsindəki qurumlarda yerləşməsi barədə səslənən fikirlərə, onlarla bağlı “təmizləmə” əməliyyatı aparlıb-aparılmaması haqda sualına cavabında deyir:

Rövşən Rzayev Azərbaycanda "Gülençilər problemi" haqqında danışır
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00
Direct-ə keçid

“Bunlar elə-belə məsələ deyil, çox ciddi araşdırma tələb edir. Bununla bağlı Azərbaycanın xüsusi xidmət orqanları əməliyyat keçirib qiymət verməyi bacarmalıdır. Təəssüflər olsun ki, bu şəbəkənin üzvləri Azərbaycanda mövcuddur. Onlarla bağlı problemlərlə biz mətbuatda rastlaşmışdıq. Düşünürəm ki, bu daha ciddi araşdırmaların tələb olunduğu andır”.

Deputat hüquq-mühafizə orqanlarının araşdırma haqda ictimaiyyətə məlumat verməməsini istintaq sirri ilə bağlayır: “Elə-belə məsələ deyil ki, dərhal açıqlansın. Ola bilsin, nələrsə dəqiqləşdirilir, araşdırılır”.

Şahin Hacıyev
Şahin Hacıyev

EKSPERT: “HAKİMİYYƏT VƏZİYYƏTDƏN YARARLANIR”

Siyasi şərhçi Şahin Hacıyev isə hakimiyyətin müxalifətçilər arasında gülənçi axtarmasını “vəziyyətdən yararlanmaq” kimi dəyərləndirir:

Şahin Hacıyev Azərbaycanda "Gülençi ovu"nun mahiyyətini izah edir
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

“Qarşıdan referendum gəlir. Onun əleyhinə çıxanların qarşısını almağın legitim yolları axtarılır. FETÖ məsələsi də bəhanədir. Bir var müxalifətçini elə-belə həbs edəsən, bir də var gülənçilərlə əməkdaşlıq etdiyini desinlər. Bunu hardasa beynəlxalq ictimaiyyətə “yedirmək”, qəbul etdirmək olar. Mən belə bir primitiv yanaşma görürəm, başqa heç nə...”

Əli Kərimli isə əmindir ki, Türkiyə dövləti əsl gülənçiləri tələb edəcək, ilk saatlarda “darbe əleyhinə” çıxan AXCP-nin gülənçi olmasına inanmayacaq: “Türkiyə hökuməti gülənçilərlə mübarizənin imitasiyasında yox, özünə düşmən elan etdiyi şəbəkənin dağılmasında maraqlıdır”.

İyulun 15-də Türkiyədə bir qrup hərbçi hakimiyyət çevrilişinə cəhd edib. Ankara bunun arxasında Fethullah Gulenin durduğunu bildirir və ABŞ-da yaşayan həmin şəxsin ona verilməsini tələb edir. O eyni zamanda, başqa dövlətlərdə Gulen-ə bağlı təhsil müəssisələrinin bağlanmasını da ilk gündən gündəmə gətirib.

XS
SM
MD
LG