Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:06

«Dedovşina»ya görə hospital rəhbərliyi cəzalandırıldı


Ələtdəki vərəm hərbi hospitalında «dedovşina»
Ələtdəki vərəm hərbi hospitalında «dedovşina»
Ələtdəki vərəm hərbi hospitalında baş verən hadisə ilə bağlı iki nəfər tutduqları vəzifədən azad edilib.

Bu haqda «Azadlıq» radiosuna Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.

Cənab Sabiroğlunun sözlərinə görə, sözügedən hospitalda rəisin tibb məsələləri üzrə müavini, həmin vaxt rəis vəzifəsini müvəqqəti icra edən, tibb xidməti polkovnik-leytenantı Allahverdiyev Nazim Gümşüd oğlu və hospitalın vərəm bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Babayev Oqtay Şahbaz oğlu tutduqları vəzifədən azad ediliblər.

Müdafiə naziri Səfər Əbiyevin əmri ilə onlar bir pillə aşağı vəzifəyə təyin olunublar.

Bir müddət əvvələ internetdə həmin hospitalda bir hərbçinin əsgərləri bir-birinə döydürməsi ilə bağlı videoçarx yayılmışdı.
XS
SM
MD
LG