Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:56

Abbas Lisani azadlığa çıxdı


Abbas Lisani İranda azərbaycanlılarının ana dilində təhsil almasını istəyir
Abbas Lisani İranda azərbaycanlılarının ana dilində təhsil almasını istəyir
İranda azərbaycanlıların hüquqlarının fəal müdafiəçilərindən biri Abbas Lisani azadlığa buraxılıb. Lisani 30 ay idi həbsdə saxlanılırdı. O, 2006-cı ildə Babək qalasına yürüşün, azərbaycanlıların mitinqlərinin təşkilində, İran Milli təhlükəsizliyinə zərbə vurmaqda günahlandırılırdı.
Abbas Lisani Ərdəbil və Əhər zindanlarında saxlanılıb, bu ilin martından İran Azərbaycanından 1000 kilometr uzaqda yerləşən Yəzd vilayətinə sürgün olunub.

Beynəlxalq «Amnesty International» təşkilatı Abbas Lisanini vicdan məhbusu hesab edir, onun işgəncələrə məruz qalması ehtimalından narahatlığını bildirirdi.

Lisani İranda azərbaycanlılarının ana dilində təhsil almasını istəyir. İranda 20 milyondan çox, bəzi mənbələrə görə 35 milyon azərbaycanlı var, amma Azərbaycan dilində təhsil verən məktəb yoxdur.
XS
SM
MD
LG