Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:59

AB-nin Minsk Qrupunda müşahidəçi kimi təmsil olunması təklif edilir


Prezident Aparatının Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri Novruz Məmmədov: «Həm danışıqlar prosesinə, həm də münaqişənin həllinə Azərbaycanın mövqeyi dəyişə bilər»
Beynəlxalq Böhran Qrupu (BBQ) hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli Avropa Birliyinin (AB) Azərbaycan və Ermənistanla apardığı Qonşuluq Siyasəti Proqramının prioriteti olmalıdır: «Azərbaycan və Ermənistan doğrudan da Avropa Birliyinə inteqrasiyada maraqlıdırlarsa, sülh danışıqlarını uzatmamaq, artıq qəbul olunan bəzi prinsiplərdən boyun qaçırmamaq və mərhələli şəkildə problemi yoluna qoymaq haqda öhdəlik götürməlidirlər».

BBQ-nin martın 20-də yaydığı «Avropa Birliyi və Cənubi Qafqazdakı münaqişələrin həlli» adlı hesabatda o da tövsiyə olunur ki, AB Qarabağ probleminin həllində iştirakını artırmaq üçün ATƏT-in Minsk Qrupunda müşahidəçi kimi təmsil olunmalıdır. Və Qarabağ məsələsinə görə iki qonşusunun açıq müharibə ehtimalıyla qarşılaşmamaq üçün danışıqların hər vəchlə davam etdirilməsinə çalışmalıdır.


Prezident Aparatının Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri Novruz Məmmədov deyir ki, bu il ərzində iki ölkənin Xarici İşlər nazirləri və prezidentlər səviyyəsində görüşlər ehtmal olunur: «Nəticə olmasa da, proses davam etdirilir. Ancaq görülsə ki, bütün sülh imkanları tükənir, onda həm danışıqlar prosesinə, həm də münaqişənin həllinə Azərbaycanın mövqeyi dəyişə bilər».


ATƏT-in Minsk Qrupunun həmsədrlərinin İstanbuldakı görüşünə toxunan cənab Məmmədov bildirir ki, toplantıda Rambuye danışıqlarından sonra yaranan mövcud durum müzakirə edilib. Hələ ki, görüşün yekunları barədə onlara heç bir rəsmi məlumat verilməyib.


XS
SM
MD
LG