Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:44

Zahidovlar atalarının «yeddisi»nə kimi azadlıqda qalacaqlar


Qənimət Zahid atasının yas mərasimində
Qənimət Zahid atasının yas mərasimində
Həbsdə olan jurnalistlər Qənimət Zahid və Mirzə Sakit atalarının yas mərasiminin «yeddisi»nə kimi azadlıqda olacaqlar. Ədliyyə naziri yanında penitensiar xidmətə nəzarət üzrə ictimai komitnin Ədliyyə Nazirliyinə müraciətindən sonra belə addam atılıb.

Xəbəri «Azadlıq» radiosuna ictimai komitənin koordinatoru Sahib Məmmədov verib. Onun sözlərinə görə, Qənimət Zahid və Mirzə Sakit bununla bağlı komitəyə yazılı müraciət ünvanlayıblar.

Azərbaycanın həbsdə olan jurnalistlərdən ikisinin Qənimət Zahid və Mirzə Sakitin atası dekabrın 2-də yaşadığı Şamaxı rayonunda vəfat edib. Dekabrın 3-də saat 18-dək qardaşlara dəfn mərasimində iştirak üçün icazə verilmişdi.

Mirzə Sakit 3 il yarım, Qənimət Zahid 4 illiyinə həbs olunub. Beynəlxalq təşkilatlar hər iki jurnalistin tənqidi yazılarına görə həbsdə olduğunu bildirib, hökuməti onları azad eləməyə çağırıblar.


XS
SM
MD
LG