Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:31

Əli Həsənov: «Azərbaycanda 11 ölkədən 14 minə yaxın qaçqın var»


Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri çeçen qaçqınların Azərbaycana qeyri-leqal yollarla gəlişinin onların işini xeyli çətinləşdirdiyini bildirir
«Hazırda Azərbaycanda dünyanın 11 ölkəsindən 14 minə yaxın qaçqın var. Son bir ildə onlardan 50 nəfərinə qaçqın statusu verilib».

Bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, ən çox qaçqın İraq, İran və Əfqanıstandandır.


Cənab Həsənov bildirir ki, Azərbaycanın özünün 1 milyona yaxın qaçqını olduğundan ilk illər üçüncü ölkədən gələn qaçqınlara yardım etmək imkanları məhdud olub.


Son iki ildə vəziyyətin dəyişdiyini bildirən Ə.Həsənov çeçen qaçqınlarının da təhsil, səhiyyə və sair problemlərinin həll olunduğunu söyləyir: «Amma çeçen qaçqınların Azərbaycana qeyri-leqal yollarla gəlişi komitənin işini xeyli çətinləşdir».


Əli Həsənov onu da bildirdi ki, beynəlxalq konvensiyalara görə, qaçqın, gəldiyi ölkədə vətəndaşlıq əldə edirsə, onun statusu avtomatik olaraq dayandırılır. Bu baxımdan da 1988-ci ildən sonra Ermənistandan gələn qaçqınlar artıq Azərbaycan vətəndaşlığını qəbul etdiyindən onların beynəlxalq qaçqın statusu dayandırılıb: «Buna baxmayaraq, onlar öz yurdlarına qayıdana qədər siyasi baxımdan qaçqın statusunu özlərində saxlayırlar».


XS
SM
MD
LG