Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:41

Gəncədə torpaq davası…


Aksiya iştirakçıları polislərin onları döydüklərini deyirlər
Aksiya iştirakçıları polislərin onları döydüklərini deyirlər
Gəncədə Kənd Təsərrüfatı Akademiyasının 300 hektarlıq təcrübə tədris sahəsinin 240 hektarının kəlbəcərli məcburi köçkünlər tərəfindən zəbt olunması barədə məlumat vermişdik. Amma bundan sonra kəlbəcərlilər yerdə qalan 60 hektar əraziyədə tikinti materialları gətiriblər. Yanvarın 15-də səhər saatlarından başlayaraq, akademiya rəhbərliyinin göstərişi ilə ərazi traktorların köməyi ilə təmizləməyə başlayıb.

Buna etiraz edən kəlbəcərlilər 1 saata yaxın avtomobil yolunu bağlayıblar. Aksiya iştirakçıları polislərin onları döydüklərini deyirlər.
«…Mənim etirazım odur ki, torpağımızı alsınlar, mən də burda durmayım;

-Mən bu yaxınlarda gəlmişəm qoymadılar ev tikməyə;

-Gəncənin polisləri arvadı döydülər, basdılar maşına, çıxıb getdilər. İcazə vermirsiniz verməyin, tay niyə döyüb təhqir edirsiniz?»

Məcburi köçkünlər deyirlər ki, ərazidə tək onlar yox, elə akademiyanın müəllimləri də evlər tikiblər, amma yalnız onların tikdiklərini dağıdırlar.

«Bax bu, müəllim evidir. İcazəsiz tikib, onu da uçursunlar da… niyə yetim-yesirin yerini uçurdurlar?..»

Kənd Təsərrüfatı Akademiyasının elm və texnika üzrə prorektoru Xaliq Qurbanov deyir ki, heç olmasa yerdə qalan 60 hektar sahənin təcrübə tədrisində istifadə edək. Buna görə də sakinlərə əvvəlcədən xəbərdarlıq edilib ki, əraziyə tikinti materialları tökməsinlər.

Prorektor deyir ki, hər gün əraziyə daş-torpaq tökənlərin sayı artdığından biz də məcbur olduq polislərin köməyindən istifadə edək:

«300 hektar təcrübə sahəsinin 200 hektarı icra aparatının razılığı ilə təsərrüfata yardım və əhalinin güzəranını yaxşılaşması məqsədilə burda məskunlaşan məcburi köçkünlərə verilib. Onlar isə qalan torpaqları da zəbt ediblər. Biz 50 hektar ərazini güclə saxladıq. Nazirlər Kabinetinə, müxtəlif yerlərə müraciətimizə baxmayaraq, onların öhdəsindən gələ bilmədik».

Xaliq Qurbanov deyir ki, tikilmiş 4 mindən çox evin sökülməsi hələlik planda deyil, yarımtikililər isə məhkəmənin qərarı ilə söküləcək. Ərazidə təcrübə üçün lazımi şərait yaradılacaq.
XS
SM
MD
LG