Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:49

Avropa Birliyinin özü ifadə azadlığına dözümlüdurmü


Brüsseldə, AI mənzil qərargahı qarşısındakı Avropanın mozaika-xəritəsi
Brüsseldə, AI mənzil qərargahı qarşısındakı Avropanın mozaika-xəritəsi
Özünü təhqir olunmüş sayan Bolqarıstan hökuməti öz xəritəsini mozaikadan yığışdırmağı tələb edib.

Əsəbiləşməyə bəlkə də Bolqarıstandan da artıq əsası olan digər ölkələrin heç biri rəsmi etiraz bildirməsə də qeyri-rəsmi gileyləri səngimir.

Brüsseldəki möhtəşəm Nazirlər Şurası binasının geniş şüşəbənd vestibülündə quraşdırılan “Entropa”da Avropa ölkələrinin ifadəsi üçün seçilən simvollar daha çox istehza və ironiyaya əsaslanır.

David Çerninin müxtəlif ölkələr üçün tətbiq etdiyi simvollar aşağıdakılardır.

Rumıniya - əfsanəvi vampir (qaniçən) qraf Drakulanın dişli manekeni.

"Entropa"da Bolqarıstan bu cür ifadə olunub

Bolqarıstan – qədimi (oturacağı olmayan) çöl tualeti.

Almaniya - sınmış nasist svastikası şəklində düzülmüş “avtoban” - surətli şosse yolları.

Polşa - homoseksual azlıqların bayrağını qaldıran katolik keşişlər.

İtaliya – ölkənin ərazisi formasında futbol meydanı.

Lüksemburq – üstündə “satılır” lövhəsi olan qızıl külçəsi.

Estoniya - müasir görünüşlü oraq və çəkic-kommunist simvolu.

Hollandiya - dənizin üzündə ancaq minarələri görünən müsəlman məscidləri.

İsveç – İkeya mebeli.

Belə bir ənənə var ki, hər il Avropa Şurasına sədrlik edən ölkə Brüsseldəki qərargahda hər hansı bir incəsənət əsəri nümayiş etdirir.

Bu il sədrlik növbəsi çatan Çex Respublikası bu işi məhşur skulptor David Çerniyə həvalə edib. Ümumi rəyə görə, çexlər “Entropani” təqdim etməklə Brüsselin rəsmi ciddilik atmosferini alt-üst ediblər.

Lakin Çexiyanın Baş naziri Aleksandr Vondra mozaikanın ideyasını qətiyyətlə müdafiə edərək deyib ki, ifadə azadlığı demokratiyanın təməl prinsiplərindən biridir.

Avtoban və nasist simvolundan ibarət Almaniyanın modeli

“Biz özümüzə elə bir mühit yaratmışıq ki, azad danışa bilək. Biz bir daha onu qeyd etməyə çalışırıq ki, dəmir pərdənin yıxılmasından 20 il keçdikdən sonra Avropada daha senzuraya yer ola bilməz” – deyə A.Vondra bildirib.

Baş nazirdən fərqli olaraq David Çernı üzrhaqlıq edib: “Biz özünü təhqir edilmiş sayan ölkələrdən üzr istəyirik. Əslində, kimisə təhqir etmək niyyətimiz olmayıb”.

“Entropa”nın tərtibində iştirak edən digər çex rəssamı Tomaş Pospişel izah edib ki, kollektiv bu sənət əsəri ilə hər bir Avropa ölkəsi haqda qonşu ölkələrdə dolaşan basmaqəlib anlayışları ironiyalı tərzdə qabartmaq istəyib.

Pospişil ideyanı briytaniyalı aktyor Saşa Baron Koenin məşhur Borat personajı ilə müqayisə edib.

“Entropanın” təqdimat bukletində yazılıb ki, onun yaradılmasında hər biri öz ölkəsinə aid hissəni hazırlayan 27 avropalı rəssam iştirak edib. Lakin məlum olub ki, bu, həqiqətə uyğun deyil. Layihəyə demək olar ki, başqa ölkənin rəssamı cəlb olunmayıb.

Bunun səbəbini Pospiıil belə izah edir: “Bəli, bunların hamısı klişedir. Avropa barədə xam fikirlərin təcəssümüdür. Bu əsərlərin biz çox stereotip düşüncəsi olan rəssamlar tərəfindən yaradıldığını uyduraraq, bu yolla biz öz sənətimizi lağa qoymaq istədik”.

Qalmaqallı layihələri ilə Çexiyada məşhur olan David Çerni indi də öz ideyalarını Avropa miqyasına çıxarıb

Antoni Çernı isə deyib ki, mistifikasiyanın üstü açılandan sonra o avropalı rəssamlara ayrılan qonorarları Çexiya hökumətinə büsbütün qaytarmağı nəzərdə tutubmuş.

Bir həftədir ki, “Entopaya” baxmağa gələn insan axını tükənmir. Onun yaradıcı heyəti ətrafında aşkarlanan mistifikasiya əhvalatı ictimai marağı daha da qızışdırıb.

Avstriyalı jurnalist Tomas Şmidt öz ölkəsinə aid xəritədə sıraya düzülmüş nüvə elektrik stansiyalarının təsvir olunduğunu məmnuniyyətlə qarşılayır.

O deyir: “Məncə, Avstriya öz 4 nüvə stansiyası ilə hamıda təbəssüm dögurur. Çünki Avstriya qeyri-nüvə Avropa ideyasının çılğln tərəfdarıdır. Həm də bu əsərdə digər ölkələrlə müqayisədə bizim milli mənliyimiz elə də çox təhqir olunmayıb, sadəcə gülməliyik.”


XS
SM
MD
LG