Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:09

Avropalılar Nabukko layihəsini reallaşdırmağa can atır


“Rusiya qazı olmasa, Nabukko böyük iddialara və düşünülməmiş addımlara bariz bir abidə ola bilər.” Rusiya Baş nazirinin birinci müavini, eyni zamanda “Qazprom”un da sədri olan Viktor Zubkov belə düşünür.

Əslinə baxanda Rusiyanın pessimizmi üçün bu gün yetərincə əsas var. Çünki hələ ki Nabukko kəmərinə qaz verəcək dövlətlər - Azərbaycan, Türkmənistan və Qazaxıstan konkret mövqe bildirməyiblər.
Bu ölkələr layihənin maliyyələşməsini gözləyirlər.
İran Nabukkoya qaz vermək istəyir, amma Amerika və Avropanın yaxın gələcəkdə bununla razılaşacağı sual altındadır.
İraq da Nabukkoya qaz vermək istəyir, amma orada lazımi infrasturuktur və təminatlar yoxdur.
Yerdə qalır ancaq Misir, amma bir ölkədən ötrü bu cür kəməri tikməyin mənası yoxdur.
Nabukko layihəsinin ilkin qiyməti 8 milyard avrodur. Hələ ki, heç bir ölkə və ya bank bu layihəni maliyyələşdirməyi üzərinə də götürməyib. Çünki banklar da Nabukkoyla bağlı ən azı hər hansı dövlətlərarası sazişin imzalanmasını və real satıcılarla alıcıların ortaya çıxmasını gözləyirlər.
Üstəlik siyasi problemlər də yox deyil. Məsəslən, Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya ilə birgə konsorsiumun yaradıcalırdan olan Türkiyə bir sıra tələblər irəli sürür. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “Nabucco”ya verdikləri dəstəyin ölkəsinin Avropa Birliynə üzvlüyü məsələsindən asılı olacağına işarə edib. Turkiyənin tələblərindən biri də odur ki , Nabukkodan keçəcək qazın 15 fazini öz ehtiyaclarına sərf etmək istəyir.
Ancaq heç də hər kəs Nabukkodan bədgüman deyil. Azadlıq radiosunun əməkdaşı Bryus Pannier fikrincə, iştirakçı ölkələrin nümayəndələri ilə təxmini söhbətlərdən demək olar ki, “bu dəfə məsələ tam ciddidir.” Avropa bu qış da Rusiya-Ukrayna mübahisəsi üzündən qazsız qalandan sonra artıq yetərincə qərarlıdır.
Pannierin Budapeştdən verdiyi son məlumatlara görə, sammitdə konsorsiumun yaradıcıları – Avstriya, Macarıstan, Türkiyə, Rumıniya, Bolqarıstan və hətta Almaniyanın da enerji nazirlərinin iştirakı, Nabukkonun potensial ixracatçıları qismində Misir, İraq, Azərbaycan, Qazaxıstan, hətta Türkmənistanın da yüksək səviyyədə təmsil olunması, habelə layihəni dəstəkləyənlərin - ABŞ, Avropa Birliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı nümayəndələrinin də aktivliyi bunu deməyə əsas verir.
“Mən inanıram ki bu sammitin əsas məqsədi Nabukko kəmərinin tikilməsi üçün vacib olan razılaşmanı imzalayıb, maliyyələşməsini təmin eləmək üçün əngəlləri aradan qaldırmaqdır. Sammitə qatılanların arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və başqa avropa maliyyə institutlarının nümayəndələri də var. Bu üzdən mən gözləyirəm ki, yekunda verilən açıqlamalardan biri o olacaq ki, kəməri tikmək üçün lazım olan maliyyəni ayırmağa hazırıq və işə başlaya bilərik.” – deyə B.Panner bildirib
Bryus Pannier deyir ki, artıq Budapeştdə olan Türkiyənin enerji naziri Hilmi Gülərin başçılıq elədiyi nümayəndə heyətinin üzvləri də qeyri-rəsmi söhbətlərdə Nabukkonu Avropa Birliyinə üzvlük məsələsində alət kimi görmədiklərini vurğulayırlar.
Üstəlik, Nabukkonun yaradıcıları olan Macarıstan, Bolqarıstan, Rumıniya, Avstriya kimi ölkələrin nümayəndələri; Avropa Birliyinin , Avropa Komissiyasının enerji komissarı maraqlı tərəfləri real layihəylə bağlı ortaq məxrəcə gətirmək üçün çox çalışırlar.
Odur ki, sammitin yekununda gözləmək olar ki, Azərbaycan, Türkmənistan, Qazaxıstan kimi qərarsız ölkələr və Misir layihədə iştirakda maraqlı olmalarıyla bağlı konkret bəyannaməyə qoşulsunlar.
Nabukko layihəsi nədir?
Konsorsiumun rəsmi saytındakı biznes plana görə, Nabukko kəməri Türkiyə-Gürcüstan, Türkiyə-İran sərhədindəki iki nöqtədən başlayacaq və Avstriyaya qədər uzanacaq.
3 min kilometr uzunluğundakı ana kəmərin 2 min kilometri Türkiyədən, qalanı isə Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyadan keçəcək.
Layihənin tikintisinə artıq 2010-cu ildən başlanmalıdı və 2013-cü ildə başa çatmalıdır. 8 milyard avroluq layihənin xərcinin 30 fazini bərabər şəkildə konsorsiumun yaradıcıları ödəyəcək. Qalan 70 fazi isə kreditlə banklardan alınacaq.
Kəmərin keçiriciliyi 2014-cü ilin sonunda ildə 30 milyard kubmetrə çatacaq. Bu kəmərə Azərbaycan, Türkmənistan, Qazaxıstan, gələcəkdə isə Misir, İraq və İran qazı vurulacaq.
XS
SM
MD
LG