Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:05

C.Buş və İ.Əliyev demokratiyanın inkişafı, təhlükəsizlik və s. məsələləri müzakirə edəcəklər


Aprelin 28-də Birləşmiş Ştatların prezidenti Corc Buş Ağ Evdə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcək. Məlumatı aprelin 10-da Ağ Evin Mətbuat Xidməti yayıb. Açıqlamada deyilir ki, Azərbaycan ABŞ-ın regiondakı mühüm müttəfiqi və dəyərli tərəfdaşıdır. Azərbaycan İraq, Əfqanıstan və Kosovodakı proseslərə öz vacib töhfəsini verir.

Vaşinqtonda Corc Buş və İlham Əliyev bir sıra məsələləri müzakirə edəcəklər. Gündəlikdə demokratiyanın inkişafı və Qafqazda əməkdaşlıq, enerjinin diversifikasiyası, azadlığın yayılması və təhlükəsizlik kimi məsələlər dayanır.


XS
SM
MD
LG