Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:29

Ötən il Türkiyədə 1410 nəfər azərbaycanlı miqrant saxlanıb


Aprelin 19-da Türkiyənin Daxili İşlər naziri Abdulqadir Aksu üç günlük səfərlə Bakıya gəlib. Azərbaycanlı həmkarı Ramil Usubovla görüşündə cənab Aksu iki ölkə nazirliklərinin terrorizm, insan alveri, nakrotik qaçaqmalçılığı ilə birgə mübarizə apardığını bildirib: «2005-ci ildə Türkiyədə 57.428 qanunsuz miqrant saxlanıb. Onlardan 1410 nəfəri Azərbaycan vətəndaşı olub. Başda narkotika qaçalqmalçılığı olmaqla qanusuz miqrasiya və insan alveri ilə mübarizədə beynəlxalq işbirliyi hamımızın üzərində dayandığı mövzudur».

Görüşdə birgə protokol imzalanıb.


XS
SM
MD
LG