Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:57

«Bunun səbəblərini sayt rəhbərliyi daha yaxşı bilir»


Əli Həsənov: «Hakimiyyət internet saytını necə bağlaya bilər?»
Əli Həsənov: «Hakimiyyət internet saytını necə bağlaya bilər?»
Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Day.az saytının Azərbaycan hakimiyyətinin təzyiqi ilə bağlanması barədə məlumatları təkzib edib:

«Mən bu saytın niyə bağlanmasından məlumatsızam. Hər halda, bunun səbəblərini sayt rəhbərliyi daha yaxşı bilir. Amma Azərbaycan hökuməti internet saytını necə bağlaya bilər?».

Saytın rusiyalı oliqarx Boris Berezovskiylə müsahibəyə görə bağlanması iddialarına toxunan, Prezident Aparatının rəsmisi deyir ki, Azərbaycan hakimiyyəti yerli KİV-lərdə Rusiyanın dövlət və hökumət başçıları barəsində böhtan və təhqir xarakterli məlumatların yayılmamasında maraqlıdır:

«Biz Rusiya ilə dost dövlətik və onun dövlət və ya hökumət başçısı ilə bağlı yayılan məlumatlara biganə qalmırıq. Amma düşünmürəm ki, belə bir materiala görə, hansısa sayt bağlana bilər». / ANSPress /
XS
SM
MD
LG