Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:12

Ə.Həsənov: «Seçiciləri məntəqələrə avtobuslarla daşımaq pis deyil»


«Əgər icra başçısı seçki günü seçiciyə 1 km piyada getməmək üçün nəqliyyat ayırıbsa, bu yaxşı haldır»
«Əgər icra başçısı seçki günü seçiciyə 1 km piyada getməmək üçün nəqliyyat ayırıbsa, bu yaxşı haldır»
«Seçiciləri məntəqələrə avtobuslarla daşımaq əslində pis deyil». Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyir ki, əsas bu addımın hansı məqsədlə atılmasındadır.

«İnsanlara öz iradəsini sərbəst şəkildə ifadə etməsi üçün bütün lazımi şərait yaradılmalıdır. Bəzən təəssüflər olsun ki, yerlərdə icra başçıları seçicilərin seçkilərə az gəlməsini bir faciəyə çevirib, dərhal başlayırlar orda-burda nümayəndələri təşkil edib insanları avtobuslarla kollektiv şəkildə məntəqələrə daşımağa. Əslində seçiciləri məntəqələrə avtobusla daşımaq pis deyil. Əgər icra başçısı seçki günü seçiciyə 1 km piyada getməmək üçün nəqliyyat ayırıbsa, bu yaxşı haldır. Amma bunu məqsədyönlü şəkildə kimsə xeyrinə səs vermək anlamında istifadə edirsə, bu qanun pozuntusudur»-, deyə şöbə müdiri bildirib.

Ə.Həsənov demokratik seçki deyəndə ATƏT-in 3 tələbinin nəzərdə tutulduğunu deyir: «Birincisi, yerli icra hakimiyyəti orqanları yalnız seçkidə iştirak edən tərəflərin azad yarışı və ikincisi, əhaliyə seçki prosesində iştirak etmək üçün şəraiti yaratmalıdır. Üçüncüsü, seçki institutlarının fəaliyyətinə heç bir müdaxilə olmamalıdır».

Ə.Həsənov bir daha xatırladıb ki, icra orqanları referendum aktına münasibət anlamında iş aparmır, onların vəzifəsi əhalinin referenduma çıxarılan məsələlərə münasibət bildirməsi üçün lazımi demokratik şərait yaratmaqdır:

«Əhalinin referenduma çıxarılan məsələyə necə münasibət göstərəcəyini artıq icra orqanları yox, təşviqat qruplarının təbliğatı nəticəsində əhalinin özü müəyyən edir».

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
XS
SM
MD
LG