Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:24

DİN-də kadr dəyişikliyinə, yoxsa ciddi islahatlara ehtiyac var?


Səs: Real audio
“Yuşenko Orta Asiyada demokratiya tərəfdarıdır” Daxili İşlər Nazirnin əmri ilə bir çox yüksək rütbəli şəxslərin işdən uzaqlaşdırılmasını ekspertlər bu sistemdə baş alıb gedən özbaşnalıqların qarşısının alınması üçün hələ ki, yetərli saymırlar. Keçmiş polis rəisi, istefada olan polkovnik- leytenant İsaxan Aşurov hesab edir ki, baş verən cinayətlərin aradan qaldırılması üçün xırda kadr dəyişikliklərinə yox, köklü islahatlara ehtiyac var. Əslində bir neçə polis məmurunu cəzalandırmaqla kifayətlənmək şəxsi maraqlardan uzaga gedə bilməz. İsaxan Aşurovun sözlərinə görə, Daxili İşlər Nazirliyi hər şeydən əvvəl sırf polis orqanına çevrilməlidir. Nə qədər ki, bu nazirlik hakimiyyətin əlində siyasi alətə çevrilib heç bir dəyişiklikdən söhbət gedə bilməz.

Elmi Praktik Hüquq Mərkəzinin əməkdaşı Mahmud Hacıyevin sözlərinə görə, isə Daxili İşlər Naziri Ramil Usubov bütün bu addımlarla sadəcə məsuliyyətdən yayınmağa çalışır. Yəni demək istəyir ki, Hacı Məmmədovun rəhbərlik etdiyi qrupun əməllərinə görə kimlər məsuliyyət daşıyırdı, indi layiqli cəzalarını alırlar. Ancaq Mahmud Hacıyev hesab edir ki, əgər dövlət rəsmilərinin dediyi kimi baş verənlərə görə hələ bir neçə il əvvəl bütün güc orqanlarının rəhbərləri xəbərdar edilibsə və heç bir tədbir görülməyibsə bu məsuliyyətin dairəsi daha da genişləndirilməlidir.

Mahmud Hacıyev Hacı Məmmədovun rəhbərliyi altında ağır qətl və adam oğurluqlarında ittiham edilən bir qrupun ifşasını «qara kəmər» yox, «qara xəbər» əməliyyatı adlandırmağ daha düzgün sayır. Onun sözlərinə görə, hələ bellə xəbərləri ictimayyət çox eşitməlidir. Əks halda görülən tədbirlər real vəziyəti dəyişməyəcək.

Hüquqşunas Aslan İsmayılov isə hesab edir ki, son hadisələr vətəndaşların hüquq mühafizə orqanlarına inamını sarsıdıb.

Aslan İsmayılov ümüd edir ki, məsələ Daxili İşlər Nazirliyinin bir sıra yüksək rütbəli məmurunun işdən çıxarılmasıyla bitməyəcək. Nəticədə DİN əhali arasında itirilmiş nüfuzunu bərpa edə biləcək. Onun sözlərinə görə, daha ciddi tədbirlərin görülməsinə ehtiyac var. Əks halda atılan bu addımların elə bir nəticəsi olmayacaq.
XS
SM
MD
LG