Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:52
Rubrikalar

Cənubi Qafqazda uşaq bağçaları


Səs: Real audio
MSK barmaqların mürəkkəblə işarələnməsi haqda təlimat qəbul etdi - Psixoanaliz böyüklərin yox, uşaqların psixologiyasını öyrənir. İnsan böyük yox, uşaq doğulur, hər şey də ordan başlayır. Ona görə psixoloqlar problemi tapmaq üçün bu günə, dünənə yox, uşaqlığa bağmağa çalışır, problemi körpəlikdə axtarırlar.



Azərbaycanda bağçalara 6 yaşına qədər uşaqların beşdə biri, dəqiq desək, 19 faizi gedir. Bu, Təhsil Nazirliyindən verilən rəqəmdir. Sovet dövrünə bağanda uşağını bağçaya qoyan valideynlərin sayı xeyli azalıb. Ekspertlərin fikrincə, bunun əsas səbəbi dövlət büdcəsindən bağçaların saxlanmasına ayrılan pulun azlığıdır.



Nazirlər Kabinetinin 1994-cü il tarixli qərarına görə, bir uşağın bağçada bir günlük saxlanmasına 6 min manat – təxminən 1 dollar 30 sent xərclənir. Bura bağçanın qızdırılması, işıq pulu və başqa kommunal xərclər də daxildir.



İndi özəl bağçaların fonunda dövlət bağçaları nə qədər sönük görünsə də, Təhsil Nazirliyindən tezliklə vəziyyətin yaxşılığa doğru dəyişəcəyini deyirlər. Daha ətraflı Audio hissədə Bakıdan Rövşən Qənbərov



- Ermənistanda da bütün uşaqların bağçadan yararlanması üçün qanun layihəsi hazırlanır. Amma elə indi də Ermənistan bu sarıdan Azərbaycandan da, Gürcüstandan da fərlənir. Məsələn, Azərbaycanda körpələrin 20 faizi bağçaya gedirsə, Ermənistanda onların 50 faizə qədəri məktəbə bağçada hazırlaşır.



1997-ci ildə dövlət uşaq bağçaları yeni formalaşmağa başlayan yerli özünüidarə orqanlarının ixtiyarına verildi. Ona görə də bu sahədə bağça müdirinin dili ilə desək, hər şey alt-üst oldu. Bir-iki ilin içində Ermənistanda 300-dən çox uşaq bağçası bağlandı. Əraziləri əyləncə mərkəzlərinə, idarələrə verildi. Ermənistan Elm və Təhsl Nazirliyinin məlumatına görə, 30-dan çox icmada heç uşaq bağçası yoxdur. Qalanları da hələ ayağa qalxmağa çalışır. Çünki icmaların ayırdığı pul yalnız tərbiyəçilərin əmək haqqına, bir də kommunal xərclərə gedir. Bağça müdiri Veronika Qevarkyan deyir ki, uşaqların yeməyini valideynlər təmin edir. Amma onlar da ayda cəmi 3-5 min dram – 10 dollara qədər pul verirlər. Daha ətraflı Audio hissədə Yerevandan Heqine Bunyatyan



- Gürcüstanda uşaqların cəmi 23 faizi məktəbəqədər təhsil alır. Orta, ali məktəblərdə islahatlar aparan Təhsil Nazirliyi uşaq bağçalarını da dəyişmək istəyir. Yəni bağçalardakı iş üsulunu. Müəllimlərin maaşı barədə isə hələ heç kim heç nə demir. Gürcüstan da Azərbaycanda olduğu kimi bağçada tərbiyəçi işləyənin aylıq əmək haqqı 40-50 dollardır. Daha ətraflı Audio hissədə Tbilisidən Nono Miçelişvili
XS
SM
MD
LG