Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:49

«Qərib» filmlər...


Səs: Real audio
"Azərbaycan qaz böhranını aradan qaldırmaq üçün Ermənistana yardım etmir. Gürcüstanın ehtiyaclarını ödəmək üçün verilən qaz da Ermənistana ötürülə bilməz. Belə iddiaların nə texniki, nə hüquqi, nə də maliyyə əsasları var" "Azərbaycanfilm"in istehsalı olan 100-dən çox bədii filmin əsli Rusiya Dövlət Film Fondunun arxivində saxlanır



Sovetlər dövründə "Azərbaycanfilm"in istehsal etdiyi filmlərin heç birinin əsli Azərbaycanda yoxdur. Filmlər SSRİ dağılmamışdan çəkildiyi üçün onların əsli də Rusiyanın Dövlət Film Fondunda saxlanır. Bu məlumatı xalq artisti, kinoaktyor Muxtar Maniyevlə söhbətdə öyrəndim.



Mədəniyyət Nazirliyi kino şöbəsinin rəhbəri Cəmil Fərəcov da bildirir ki, hazırda həmin filmlərin Azərbaycana gətirilməsinə imkan yoxdur. Amma o deyir ki, 1970-ci ilə kimi çəkilən bədii filmlərin ilk nüsxələri və 1990-cı ildən sonra çəkilən filmlərin əslini Azərbaycanda çox çətinliklə saxlayırlar. Bu haqda az sonra. Hələliksə 1990-cı ilə kimi çəkilən filmlərin harada saxlandığı barədə….



Rusiya Dövlət Film Fondunun sifarişlər şöbəsinin əməkdaşı Marina Dmitriyeva deyir ki, "Azərbaycanfilm"in istehsalı olan 100-dən çox bədii filmin əsli fondun arxivində saxlanır. Xanım Dmitriyeva bildirir ki, bu arxivdə vaxtilə SSRİ üzvü olmuş 15 respublikanın hər birində istehsal olunan filmlər saxlanıb. İndi saxlanan filmlərin əksəriyyəti isə 1970-80-cı illərdə çəkilib.



1970-ci ildən əvvəlki dövrün əsərləri isə müttəfiq respublikaların özlərinə qaytarılıb. Müsahibim deyir ki, o vaxt sifarişləri və maliyyəni Moskva müəyyənləşdirdiyi üçün filmlərin əsli bura gətirilib. "Qazaxfilm", "Mosfilm" və s. kimi "Azərbaycanfilm"ə də yalnız ilk nüsxələri təqdim olunub.



Xanım Dmitriyeva bildirir ki, indi bütün dövlət strukturları kimi Rusiyanın Dövlət Film Fondu da maliyyə çətinlikləri ilə üzləşib. Filmlərin əslini saxlamaq o qədər də asan deyil, bunun üçün müəyyənləşdirilmiş otaq temperaturu var. Bundan başqa lentləri viruslardan qorumaq üçün də ciddi texniki nəzarət olmalıdır. Bütün bunları isə indi təşkil etmək çox baha başa gəlir.



Maliyyə sirri olduğu üçün konkret məbləğ söyləməyən müsahibim onu da bildirir ki, arxivdə Rusiyaya lazım olmayan bu filmlərin saxlanması üçün son bir ildə xərclənən vəsaitə Avropa və Qərb standartlarına uyğun bir neçə film çəkmək olardı. Bu səbəbdən də Azərbaycana müraciət olunub ki, filmlərin əslini yaxın vaxtlarda burdan çıxarsınlar. Əks halda bu ekran əsərləri məhv olmaq təhlükəsi ilə üzləşəcək.



Mədəniyyət Nazirliyi kino şöbəsinin rəhbəri Cəmil Fərəcov deyir ki, Sovet dönəmində çəkilən filmlər Dövlət Film Fondunun vəsaitinə çəkilib. Bu mənada SSRİ-nin varisi kimi həmin filmlərin əmlak hüququ da Rusiyadadır. Amma Cəmil Fərəcova görə, həmin filmlərin müəllif hüquqları Azərbaycanda olduğundan, bu gün Rusiya həmin filmləri məhv edə bilməz. Müsahibim onu da etiraf edir ki, filmlərin əslini saxlamaq bahalı prosesdir. İndi Azərbaycanda həmin filmlərin saxlanması üçün şərait yoxdur.



Cəmil Fərəcov bildirir ki, Azərbaycanın Dövlət Film Fondunun binası ilə yanaşı, "Azərbaycanfilm" kinostudiyası da əsaslı təmir olunacaq. Daha doğrusu o, artıq bu işlərin başlandığını deyir. Onun məlumatına görə, artıq dövlət bu iki işlə bağlı 80 milyon ABŞ dollarına yaxın vəsait ayırıb.



Sonuncu dəfə kinostudiyaya 76-cı ildə texniki avadanlıq alındığını deyən müsahibim bildirdi ki, yeni təmir işlərindən sonra kinostudiya və Film Fondunun arxivi bütün texniki avadanlıqlarla təmin olunacaq. Və «qəriblikdə» qalan Azərbaycan filmləri Bakıya gətiriləcək.
XS
SM
MD
LG