Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:04

Bakıda GUAM ölkələrinin qapalı toplantısı keçirilir


Səs: Real audio
Fevralın 24-də Bakıda GUAM ölkələri milli koordinatorlarının toplantısı başlayıb Qapalı keçirilən görüşdə Gürcüstandan xarici işlər nazirinin birinci müavini Valeri Çeçelaşvili, Ukraynadan xarici işlər nazirinin müavini Andrey Veselovski iştirak edir. Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov və Moldovanı xarici işlər nazirinin müavini Boris Kleyev təmsil edir.



Həmin görüşdə Avropa Birliyi və Orta Asiya ölkələrinin nümayəndələri də iştirak edir. Toplantıda enerji təhlükəsizliyi məsələləri də müzakirə olunacaq. Yəni Azərbaycandan təkcə Türkiyə və Gürcüstan deyil, həmçinin Qara dəniz vasitəsilə enerjidaşıyıcıların Avropa ölkələrinə nəqli, o cümlədən Polşa və bir sıra digər ölkələrə ixracının mümkünlüyü müzakirə mövzusu ola bilər.



Məlumatı "Azadlıq" radiosuna Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Mətin Mirzə verib.
XS
SM
MD
LG