Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:32

Mikloş Haraşti: «İTV-nin fəaliyyətinin təhlili zəruridir»<p align=`left`><br><br>


Səs: Real audio
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi: «Ombudsman ən müstəqil, məlumatlı və yüksək təhsilə malik şəxs olmalıdır» - deyir ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti «Azadlıq» radiosuna müsahibəsində təklif edir ki, tam müstəqil və bilikli bir şəxs İnformasiya Məsələləri üzrə müvəkkil təyin olunsun: «Ombudsman ən müstəqil, məlumatlı və yüksək təhsilə malik olmalıdır. O, hökumət və partiyalardan asılı olmamalı, söz azadlığını qorumaq sahəsində böyük təcrübəyə malik olmalıdır».



Ötən ilin sonunda Azərbaycanda «İnformasiya əldə etmək haqqında» qanun qüvvəyə minib. Sənədə görə, bu ilin birinci yarısında İnformasiya Məsələləri üzrə müvəkkil təyin olunmalıdır. Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclisin seçəcəyi müvəkkil vətəndaşların informasiya almasına hüquqi yardım göstərməli, informasiya sahiblərinin qanuna əməl etməsinə nəzarət etməlidir.



Ötən ilin iyulunda Mikloş Haraşti Azərbaycanda medianın durumuna dair tövsiyələr irəli sürmüş və İTV-nin baş direktorunun yenidən seçilməsini təklif etmişdi. Cənab Haraşti bildirir ki, bu televiziyanın fəaliyyətinin təhlili zəruridir: «İctimai televiziyanın yaradılmasının birinci ildönümü yaxınlaşdığından, onun fəaliyyətinə nəzər salmaq üçün ən yaxşı məqamdır. Bu, yeni qurumdur, yaxşı prinsipləri, təcrübəni həyata keçirməkdə tərəddüd etməsi normaldır. Biz şadıq ki, İTV mövcuddur, ancaq əlbəttə ki, onun uğurlarını təhlil etməliyik».



ATƏT nümayəndəsi bir neçə gün əvvəl prezident İlham Əliyevə məktub göndərərək, böhtan, şərəf və ləyaqətin təhqiri ittihamlarını Cinayət Məcəlləsindən çıxarmağı təklif edib. O, bu mövzuda Azərbaycanda seminar keçirməyi təklif edib. Cənab Haraşti bu məqsədlə tezliklə Bakıya səfər edəcəyini deyir.
XS
SM
MD
LG