Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:13

Hökumət «Barmek»ə bir zavod vermişdi, onu da aldı


Səs: Real audio
10-a yaxın qəzet və agentliyinin təmsil olunduğu Redaktorlar Birliyi «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynliyə xəsarət yetirilməsinə etiraz olaraq kütləvi aksiyalara başlamaq niyyətindədir Dövlət Əmlak Komitəsi martın 7-də «Bakı Elektroavtomat» zavodunun «Barmek»ə satılması haqqında müqaviləni ləğv etdi. Həmin müqavilə iki il bundan qabaq bağlanmışdı və «Barmek» ora milyonlarla dollar sərmayə qoymuşdu. «Barmek»in rəhbəri Hüseyn Arabul deyir ki, o, baş verənlərin səbəbini anlamır.



«Barmek»in başına niyə bu işlər gəlir» sualına verilən cavablarda Fərhad Əliyevlə əlaqə versiyasının lehinə bir arqument budur ki, keçmiş nazir zindana düşəndən sonra ona yaxın olanların əlindən zavodları alınır. Məsələn, Zülfüqarlı qardaşlarının. İkinci versiya odur ki, «Barmek»in əlindən alınıb dövlət şirkətinə verilir. Yəni özəlləşmənin əksi, az qala milliləşdirmə gedir




Son vaxtlar özəlləşdirmənin nəticələrinə yenidən baxılması və ya iri müəssisələrin fəaliyyətinin yoxlanması prosesi ancaq elektrik paylayıcı şəbəkələr olan «Barmek», «Bayva» və ya alüminium istehsalı ilə məşğul olan «Fondel» şirkəti ilə məhdudlaşmır. Hətta bu proseslər ABŞ Dövlət Departamenti və başqa beynəlxalq institutların da diqqətindən yayınmır. Martın 3-də yaydığı hesabatda Dövlət Departamenti Azərbaycanda xüsusilə qeyri-neft sektorunda investisiya mühitinin elə də əlverişli olmadığını, korrupsiya, məmur özbaşınalığı və s. maneələrin azalmadığını bildirib.



Son günlər «Barmek», daha əvvəl isə «Fondel» və başqa iri müəssislərlə bağlı yoxlamalar və ittihamların artmasını isə ekspertlər bir neçə səbəbə bağlayırlar.



İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzindən Vaqif Rüstəmov deyir ki, baş verən proseslərdə heç bir siyasi və ya biznes maraqları axtarmaq lazım deyil. Sadəcə, əvvəllər özəlləşdirmə prosesində buraxılan səhvlər və bəzi şirkətlərdəki qanunsuzluqlar araşdırılır. Bu zaman kimin maraqlarına toxunulursa, o dəqiqə siyasi mülahizələr irəli sürür.



İqtisadçı-ekspert Qubad İbadoğlu da razılaşır ki, baş verənlərdə hüquqi əsaslar ola bilər. Çünki hökumətin hüququ var ki, vaxtilə keçirilən və doğruluğuna şübhə olan tenderləri və bağlanan müqavilələrdəki çatışmazlıqları yoxlasın. Bir çox ölkələrdə özəlləşdirmədən sonra belə hadisələr baş verir. Amma səbəb yalnız bu, deyil: "Mümkündür ki, bu, siyasi qərarın məntiqi nəticəsidir. Yəni dövlət başçısı qərar verib ki, biz Rusiyayla münasibətləri genişləndirməliyik, investisiya əməkdaşlığı inkişaf etməlidir. Bu gün də Azərbaycanda müəyyən proseslər rus şirkətlərinin istəyinə uyğun reallaşır".



İqtisadi inkişaf naziri Heydər Babayev keçirdiyi mətbuat konfranslarında da gizlətmir ki, məsələn, «Fondel»dənsə Rusiyanın «RosAluminium» şirkətinin təklifləri onlar üçün daha maraqlıdır. Ekspertlər bütün sadalanan faktları üst-üstə topladıqda, proseslərin müxtəlif səbəblər üzündən, ancaq müəyyən bir xətt üzrə inkişaf etdiyini deyirlər.



İqtisadçı Qubad İbadoğlu bütün bu proseslərin sonunda Azərbaycanın investisiya cəlbediciliyini itirə biləcəyini bildirir.



İqtisadi İslahatlar Mərkəzindən Vaqif Rüstəmov isə ölkədəki investisiya mühitində heç bir problem olmadığını deyir. Onun sözlərinə görə, sadəcə, Azərbaycana çoxlu qanunsuz pul qazanmaq üçün bir yer kimi baxanlar istəyinə çatmayanda, belə problemləri qaldırırlar.



Müstəqil ekspertlərin hesablamalarına görə, 2005-ci ilin son rübündən başlayaraq 150 iri sahibkar yoxlamalar nəticəsində iş yerini həbsxanaya dəyişib. Yerli medianın iddiasına görə, iki iri sahibkar – «Xəyal» və «Birlik» şirkətlərinin rəhbərləri isə həbsx
XS
SM
MD
LG