Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

Gələn beş ildə nəqliyyat sektoruna 1,5 milyard dollardan çox investisiya yatırılması nəzərdə tutulur


Növbəti beş ildə Azərbaycanın nəqliyyat sektoruna 1,5 milyard dollardan artıq investisiyanın yatırılması nəzərdə tutulur. Nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda 27 ölkənin dəmiryol rəhbərlərinin görüşündə belə deyib. O, bildirib ki, son üç ildə ölkənin nəqliyyat infrastrukturuna 500 milyon dollardan çox investisiya qoyulub.


Noyabrın 27-də Bakıda Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının üzvləri olan 27 ölkənin dəmiryol rəhbərləri görüşüblər. Onlar təşkilatın indiyə qədər gördükləri işləri və 2007-ci il üçün iş planını müzakirə ediblər.


XS
SM
MD
LG