Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:53

«Gürcüstanda da korrupsiya var, özü də yüksək həddə»


Malxaz Qulaşvili
Malxaz Qulaşvili
«Gürcüstandakı vəziyyət barədə Azərbaycanda çox yüksək fikirdədirlər. Amma Gürcüstanda da korrupsiya var, özü də yüksək həddədir. Belə olmasaydı, heç bir biznesi olmayan, vəzifəyə gələn adi adamlar sonradan ölkənin ən varlı şəxslərinə çevrilməzdilər».

Bu fikirləri «Azadlıq» Radiosunun «İşdən sonra» proqramında «Georgian Times» qəzetinin təsisçisi, «Azri» Strateji Araşdırmalar Mərkəzinin prezidenti Malxaz Qulaşvili deyib.

Malxaz Quluaşvili bildirir ki, müxalifətin Rusiyapərəst olduğunu iddia edənlər yanılırlar:

«Rusiyapərəst o adamlardır ki, Gürcüstanın əsas varını Rusiya şirkətlərinə satıblar. O adamlardır ki, onların hesabına indi Rusiya Gürcüstan ərazisinin 26 faizinə sahibdir».

Qulaşvili Gürcüstan iqtidarını Rusiyanın əlinə oynamaqda ittiham edir. «Bir tərəfdən, Rusiya ilə müharibə etmək, digər tərəfdən, zavod-fabrikləri Rusiyaya satmaq anlaşılan deyil».

Bununla belə o deyir ki, Rusiya ilə danışmaq lazımdır və regiondakı problemlərin həlli buradakı ölkələrin əməkdaşlığından keçir.
XS
SM
MD
LG