Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:08

Kürdə suyun səviyyəsi sürətlə artmaqdadır


Kür çayında suyun səviyyəsi sürətlə artmaqdadır. Salyan Rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Hüseynovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, bu artım artıq həyətlərdə qurunt sularının çoxalmasıyla da müşahidə olunur. Ötən ilin indiki dövrüylə müqayisədə bu il Kür çayında suyun səviyyəsinin daha çox olduğunu bildirən komissiya sədri deyir ki, bu artım gündəlik 10-15 sm. davam edir. Vəziyyətin ciddiliyi barədə artıq Nazirlər Kabineti də məlumatlandırılıb.


Daha çox qrunt sularının yığıldığı həyətlərə nasoslar quraşdırıldığını bildirən cənab Hüseynovun sözlərinə görə, bundan başqa, sakinlərin özündə olan texniki avadanlıqlardan da istifadə olunur.


Həyətlərinə xeyli qrunt suları yığıldığını bildirən rayon sakini Akif Şahbazov isə deyir ki, rəsmilər qrunt suların təmizləndiyini bildirilər, amma onların həyətləri və evləri su içərisindədir. Həyətdə düzdükləri daşların üzərilə hərəkət etdiklərini deyən Akif Şahbazova görə, onlara heç bir kömək göstərilmir.


Neftçala Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qabil Məmmədov isə deyir ki, Salyan rayonundan fərqli olaraq Kür çayının daşmasıyla bağlı hələki Nefçala ərazisində təhlükəli vəziyyət yaramayıb. Ötən il daşqınlardan zərər çəkən həyətlərdə yığılan qrunt suları isə nasoslar və yanğınsöndürən maşınlarla qurudulmaqdadır.


Ekologiya və Təbii Sərvətər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin direktor müavini Sahib Xəlilovun sözlərinə görə, mayın 5-6-na qədər Azərbaycan ərazisində yağmurlu hava şəraiti davam edəcəyindən çaylarda suyun səviyyəsi getdikcə artacaq.


Bundan başqa, Araz su anbarından buraxılan su da Kür və Araz çaylarının aşağı axarlarında suyun qalxmasına səbəb olacaq. Sahib Xəlilov deyir ki, yağıntıların çoxluğuna və Mingəçevir və Araz su anbarlarından buraxılan suya baxmayaraq, 2003-cü ildəki daşqın və subasmalar bu il gözlənilmir. Bütün hallarda, çaylarda suyun artması mayın sonu, iyunun əvvəlinə qədər davam edəcək.


XS
SM
MD
LG