Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:41

İƏT ölkələri rəhbərlərinin Bakı sammiti başlayır


Mayın 4-ü və 5-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti keçiriləcək. Mayın 4-də İƏT ölkələri Xarici İşlər nazirləri prezidentlərin sammitinə hazırlıq işləri görəcəklər. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sammitdə növbəti dövr üçün təşkilata sədrlik Azərbaycana verilməlidir.


Görüşlərdə ticarət, tranzit daşımaları və İƏT ölkələrinin biznesmenləri üçün viza rejiminin sadələşdirilməsinə dair sazişlərin müzakirəsi, həmçinin Bakı Bəyannaməsinin qəbul olunacağı gözlənir.


Sammitdə Azərbaycan, İran və Əfqanıstanı bu ölkələrin prezidentləri, digər dövlətləri isə, onların hökumət və parlament rəhbərləri təmsil edəcəklər.


İƏT 1985-ci ildə yaradılıb. Bu qurum Türkiyə, İran və Pakistan arasında 12 mart 1977-ci ildə qəbul olunmuş İzmir Nizamnaməsi əsasında fəaliyyət göstərən İnkişaf üçün Regionların Əməkdaşlıq Təşkilatının hüquqi varisi sayılır. Hazırda İƏT-in 10 üzvü var.


İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv ölkələrin hərtərəfli sosial-iqtisadi inkişafına şərait yaratmaq, beynəlxalq iqtisadi inteqrasiya, mədəniyyət, texnika və elm sahələrində fəal regional əməkdaşlıq qurmağa yardım göstərməkdir.


XS
SM
MD
LG