Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:00

Bakıda rüşvətin «dəfn mərasimi» keçirildi...


Aksiya Bakının mərkəzində – Sahil bağında keçirilib. Üstündə «Rüşvət öldü» yazılmış kiçik tabut ətrafında 15-ə yaxın gənc dövrələmə dayanmışdı. Onlar «Dalğa» Gənclər Təşkilatının üzvləri idi. Gənclər deyirlər ki, «Rüşvət öldü» şüarı əslində rəmzi məna daşıyır, əslində rüşvət sağdı, özü də çox geniş yayılıb. Və bu gənclərin keyfiyyətli təhsil almasına, yaxşı iş tapmasına mane olur. Gənclər hesab edirlər ki, əgər hər bir kəs rüşvət verməkdən imtina etsə, cəmiyyətdə rüşvətxorluq da yox olar. «Biz üstündə «Rüşvət yoxdur» yazılan tabutu «dəfn etməklə» rüşvət vermək istəmədiyimizi, belə bir mənfi xüsusiyyətə «yox» dediyimizi göstərdik».



Aksiya 15 dəqiqə çəkib. Gənclər üstündə «Rüşvət öldü» yazılmış kiçik tabutu Sahil bağındakı « 26 Bakı komissarı » abidəsinin önünə qoyub, ətrafına qərənfillər düzüblər və sonra dağılışmağa başlayıblar. Həmin vaxt əraziyə polislər gələrək tabutu götürüb aparıblar. İki aksiya iştirakçısı saxlanıb, amma adları qeyd edildikdən sonra sərbəst buraxılıblar.


XS
SM
MD
LG