Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:10

Göy gölün analizini və monitorinqini aparmaq üçün laboratoriya yaradılacaq


Gəncəni içməli suyla təmin edən Göy gölün suyunun analizini və dövlət qoruğunun ekoloji monitorinqini aparmaq üçün elmi-tədqiqat laboratoriyası yaradılacaq.


Qafqaz üçün Regional Ekoloji Mərkəzin (QREM) Gəncə üzrə koordinatoru İrşad Abbasov belə deyir. Onun sözlərinə görə, təşkilat laboratoriya üçün 5 min dollar qrant ayırıb: «Layihənin müddəti başa çatandan sonra da, laboratoriyanın işi hökumət və başqa donorların hesabına davam etdiriləcək».


Azərbaycan, Gürcüstan və Ermənistanla işləyən mərkəz Azərbaycanda Gəncəni pilot zona seçib. QREM regionda ekoloji problemlərin həllinə yönəlmiş beş layihənin reallaşması üçün ümumilikdə 32 min dollar ayırıb. Mərkəzin təmsilçisi Ketevan Samodaşvilinin sözlərinə görə, layihələrin seçimini Azərbaycan hökumətinin ixtiyarına buraxıblar. Xanım Samodaşvili ümid edir ki, yeni partnyorları Azərbaycanın digər şəhər və rayonlarında da ekoloji problemlərin həllində onlara yardımçı olacaqlar.


Nizami və Kəpəz bələdiyyələrinin də qoşulduğu bu layihələr zamanı şəhərdə yaşıllığın inkişaf etdirilməsi, məişət tullantılarının ləğvi üçün əsaslı tədbirlər hazırlanması və Gəncə çayının 10 ha-lıq sağ sahili boyunca xiyaban salınması da nəzərdə tutulub.


XS
SM
MD
LG