Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:17

Hökumət neft gəlirlərinin uzunmüddətli idarə olunması ilə bağlı makro-iqtisadi model hazırlayır


Neft gəlirlərinin uzunmüddətli idarə olunması və artan xərclərin əlavə inflyasiyalara yol açmasının qarşısını almaq üçün hökumət makro-iqtisadi model hazırlayır. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu model hazırlanandan sonra gəlirlərin artmasının yaratdığı əlavə problemlərin qarşısını almaq mümkün olacaq.


Maliyyə naziri inflyasiyanın qarşısının alınması üçün xərclərin azaldılması haqda beynəlxalq qurumların təkliflərinə münasibət bildirərək deyib ki, Azərbaycan inkişaf etməkdən ötrü əlavə xərclərə getməlidir: «İnflyasiyanın planlaşdırılan, təkrəqəmli səviyyədə qalması üçün hökumət lazımi bütün tədbirləri görür».


Cənab Şərifov artan neft gəlirləriylə bağlı 2006-cı ilin büdcə qanununa dəyişikliklər olacağını bir daha bəyan edib və söyləyib ki, hazırda konkret sahələr üzrə hesablamalar gedir.



XS
SM
MD
LG