Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:53

AŞPA hərməruzəçiləri görüşlərə başladı


Andreas Herkel: «Bizim əsas narahatçılığımız məhkəmələr, siyasi məhbuslar və QHT-in vəziyyət ilə bağlıdır»


Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel mayın 26-da Prezident Aparatı, Xarici işlər, Daxili işlər , Ədliyyə nazirliklərinin, Baş Prokurorluğun, habelə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüblər. Onlar həmçinin ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə də müzakirələr aparıblar.


Görüşdən sonra jurnalistlərin suallarını ayaqüstü cavablandıran Andreas Herkel müzakirə barədə ətraflı məlumat verməyib.


«Bizim əsas narahatçılığımız məhkəmələr, siyasi məhbuslar və QHT-in vəziyyət ilə bağlıdır. Nəticə barədə görüş proqramlarını başa vurandan sonra məlumat verəcəyik».


Mayın 27-də həmməruzəçilərin Siyasi məhbuslarla bağlı işçi qrupla, QHT və KİV nümayəndələri ilə görüşləri gözlənilir. Günün ikinci yarası isə Andreas Qross və Andreas Herkelin həbsxanada məhbuslarla görüşü nəzərdə tutulub. Həmməruzəçilərin həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə də baş çəkəcəkləri gözlənir.


Həmməruzəçilər AŞ PA-nın iyun sessiyasına Azərbaycanın öhdəliklərinə dair ayrıca hesabat təqdim edəcəklər. Siyasi məhbuslarla bağlı məsələ də həmin hesabata salınacaq.


XS
SM
MD
LG