Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:30

Arif Əliyev: «Jurnalistlər bundan sonra da döyüləcək...»


«Panorama»da müzakirə, 27 may 2006
«Panorama»da müzakirə, 27 may 2006

Studiyamızın qonağı «Gün səhər» qəzetinin redaktoru Arif Əliyevdir. Söhbətdə həmçinin «Xalq qəzeti»nin əməkdaşı Səbuhi Məmmədli və «Yeni Müsavat» qəzetinin şərhçisi Xalid Kazımlı iştirak edir.


Ötən həftə «Bizim Yol» qəzetinin redaktoru Bahəddin Həziyev işdən evə gedərkən naməlum insanların zorakılığına məruz qalmışdı. Bahəddin Həziyəvin sözlərinə görə, onu villada döyüb ağır bədən xəsarəti yetirdikdən sonta Masazır gölünün yaxınlığına atmışdılar.


Müxalifət mətbuatı iddia edir ki, belə özbaşnalığı hakimiyyətin iradəsindən kənarda həyata keçirmək mümkün deyil. Qarşı tərəf öz növbəsində bildirir ki, bu, əslində hakimiyyətin ziyanına olan bir məsələdir, çünki hakimiyyət onda ciddi beynəlxalq qınaqlarla üzləşir.


Arif Əliyev, 27 may 2006
«Gün səhər» qəzetinin redaktoru Arif Əliyev hesab edır ki, hadisəni kimin törətməsindən asılı olmayaraq, bütün hallarda cavabdeh tərəf hökumətdir: «Mən bilmirəm bunu hökumətin sifarişi ilə ediblər, yoxsa yox. Hər birimiz ehtimal söyləyə bilərik. Amma mən onu bilirəm ki, bu işin üstünün açılmasına cavabdeh olan hökumətdir, müxalifət yox. Dəfələrlə baş verən hadisələrin günahkarlarının tapılmaması elə bir fikir yaradır ki, burda hökumətin əli var. Bu ictimai rəyi dəyişdirməyin yeganə yolu cinayətkarları tapıb üzə çıxarmaqdır».


«Jurnalistlər bundan sonra da döyüləcək» deyən Arif Əliyevin fikrincə, burada vacib olan döyülən jurnalistlərin sayı yox, bu cür hallara qarşı dövlətin reaksiyasıdır: «Hakimiyyət ən demokratik şəkil alsa da, belə hallar baş verəcək. Bu, tək bizdə baş vermir ki... Demokratiyanın mərkəzi hesab etdiyimiz Avropada da belə şeylər olur. Burada vacib olan döyülənlərin sayı deyil, vacib olan bunların üstünün açılması və bunlara qarşı dövlətin reaksiyasıdır. Əgər bir ölkədə beş jurnalist öldürülsə və beşinin də üstü açılsa, günahkarlar cəzalandırılsa, o döivlət «qara siyahı»ya düşməyəcək. Amma bir jurnalist öldürülsə və onun üstü açılmasa, ona etinasız yanaşılsa, o, artıq «qara siyahı»ya düşəcək. Təəssüf ki, çox zaman bizimkilərin təfəkkürü bunu qəbul etmir...»


DİNLƏYİN!


XS
SM
MD
LG