Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:07

Bahəddin Həziyevin əməliyyat olunacağı barədə həkimlər bu həftə qərar verəcəklər


«Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin vəziyyəti sabit ağır olaraq qalır. Cənab Həziyev «Azadlıq» radiosuna bildirib ki, onun üzərində cərrahiyyə əməliyyatı keçirilib-keçirilməyəcəyi ilə bağlı həkimlər bu həftə qərar verəcək.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidovun verdiyi məlumata görəsə, mayın 30-da 15-ə yaxın KİV rəhbərinin birləşdiyi Redaktorlar Birliyinin Bahəddin Həziyevin döyülməsinə etiraz olaraq planlaşdırdığı etiraz aksiyasının yeri və vaxtı müəyyənləşdiriləcək.


Redaktorlar Birliyi etiraz aksiyası keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyib. Cənab Zahidovun sözlərinə görə, «buna ehtiyac duymayıblar».


Mayın 26-da AXCP-nin bir qrup üzvü də baş redaktorun döyülməsinə etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında icazəsiz aksiya keçirməyə cəhd etsə də, polis piketi dağıtmışdı.


«Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev mayın 19-da oğurlanaraq döyülüb. Bundan sonra o, Bakı ətrafında yerləşən Masazır gölünün sahilinə atılıb, jurnalist əl-qolu bağlı vəziyyətdə səhərə qədər orada qalıb. Hazırda baş redaktor Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə olunur. Onun döyülməsi ilə bağlı Abşeron Rayon Polis Şöbəsində cinayət işi açılıb. Polis hadisəni araşdırır.


XS
SM
MD
LG