Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:33

Polis AXCP fəallarının piketinin qarşısını aldı


Polis 10 nəfəri saxlasa da, sonradan buraxldı
Polis 10 nəfəri saxlasa da, sonradan buraxldı

İyunun 9-da AXCP-nin bir qrup fəalı metronun “Bakı Soveti” stansiyası yaxınlığında piket keçirməyə cəhd etdi. AXCP üzvləri partiya sədrinin müavini, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin döyülməsinə etiraz edirdilər. “Azadlıq!”, “Terrorçulara ölüm!”, “Söz azadlığı!” şüarları qaldıran aksiya iştirakçılarını polis dağıtdı, 10 nəfər saxlanılsa da, sonradan buraxıldı.


Piketin qətnaməsində Bahəddin Həziyevə hücum edənlərin dərhal tapılıb cəzalandırılması tələb olunur.


Cənab Həziyev mayın 19-na keçən gecə naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb, hazırda o, Kliniki Tibbi Mərkəzdə müalicə olunur. Onun ayağı bir neçə yerdən sınıb, həkimi jurnalistin daha bir ay müalicə alacağını bildirir.


Bu işi araşdıran Abşeron Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Anar Əliyevsə “Azadlıq” radiosuna bildirib ki, istintaq gedir və bütün versiyalar araşdırılır.



XS
SM
MD
LG