Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:36

Aclıq edən tələbələrlə Təhsil Nazirliyi arasında dialoq ola bilər


İyunun 12-də Amerika Hüquqşünaslar Assosiasiyasının eksperti Robert Aysman Müstəqil Azərbaycan Universitetinin (MAU) aclıq edən tələbələrinə baş çəkib. Cənab Aysman Təhsil Nazirliyi (TN) təmsilçilərilə bir araya gələrək onların tələbələrlə görüşünə razılıq aldığını deyib. Bu görüş iyunun 13-də keçirilə bilər.


Aclıq edən tələbələrdən Xalid Qarayevin «Azadlıq» radiosuna bildirdiyinə görəsə, TN onlara bu il ali məktəblərə qəbul imtahanlarını test üsuluyla verib minimum keçid balı toplamağı və sonradan müvafiq kurslarda təhsillərini davam etdirməyi təklif etsə də, aksiyaçılar orta məktəb proqramına xüsusi hazırlıq lazım olduğunu deyərək bundan imtina ediblər.


İyunun 13-də aclıq edən tələbələrdən daha ikisinin səhhəti pisləşib. İki gün əvvəl beş tələbə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.


Təhsil Nazirliyi qanunsuz tələbə qəbul etmək ittihamı ilə Müstəqil Azərbaycan Universitetinin lisenziyasını ləğv etdikdən sonra həmin ali məktəbin bir qrup tələbəsi başqa universitetlərə bərpa olunmaq tələbilə iyunun 1-dən aclıq aksiyası keçirir.



XS
SM
MD
LG