Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:55

Azərbaycan rus odu ilə oynayır


İlham Əliyevin rus həmkarı Dimitri Medvedevlə görüşü, təbii şəkildə Qərb mediasında da diqqəti cəlb etdi
İlham Əliyevin rus həmkarı Dimitri Medvedevlə görüşü, təbii şəkildə Qərb mediasında da diqqəti cəlb etdi
Ermənistan ilə konsensus axtarışlarına görə, Türkiyəyə əsəbləşən Azərbaycan torbasında məhdud diplomatiya alətləri olduğuna görə, Ankaraya qarşı «rus odu» ilə oynamağa başladı. Bakıdan zəng edən Türk dostlar, belə bir vəziyyətin Azərbaycanda həmişə olan «rus lobbisi»ni razı saldığını deyirlər.

Rəhbərlikdə də bəzi uazntılarının olduğu deyilən bu lobbinin Ankara ilə Ermənistan arasındakı konsensusa əvvəldən bəri Rusiyaya təkrar yaxınlaşmaq üçün bir fürsət kimi baxdıqlarını deyənlər də var. Azərbaycandakı vəziyyəti təfərrüatlı şəkildə bilmədiyimizə görə, bu deyilənlərin həqiqətə nə qədər uyğun olduğunu müəyyənləşdirə bilmirik. Ancaq od olmayan yerdən tüstü çıxmadığı da qətidir. Digər tərəfdən, keçən ilin yayında Gürcüstanı işğal edib bölən və Cənubi Qafqazdakı Qərb təsirini azaltmaq istəyən Moskvanın, Ankara ilə Bakının arasına girən bu soyuqluqdan məmnun olduğunu təxmin etmək heç də çətin deyil. Azərbaycan dövlət başçısı İlham Əliyevin keçən həftə Moskvada rus həmkarı Dimitri Medvedevlə görüşü, təbii şəkildə Qərb mediasında da diqqəti cəlb etdi.
Rusiya ilə bu şəkildə «eşq-məhəbbət» edərkən, azərilərin unutmaması lazım olan bir cəhət var. Hər şeydən əvvəl, sadəcə Dağlıq Qarabağın deyil, Azərbaycanın digər torpaqlarının da ermənilərə verilməsində Rusiyanın önəmli rol olduğunu deyənlərin başında azərilər gəlir


Unudulmaması lazım olan şey

Əliyevin enerji xətlərində Rusiya üzərindən çox variantlılığa getmək istədiklərini deməsi isə «Nabucco» boru kəməri layihəsinin aqibətini təhlükə qarşısında qoya biləcək olan sözlər kimi qiymətləndirildi. Əliyevin «mövcud xətlərlə Rusiya üzərindən Qərbə qaz göndərə biləcəklərini»- deməsi Bakının nöqteyi-nəzərindən Türkiyəyə yönəlmiş bir «cəza» mahiyyəti daşıya bilər. Necə ki, Azərbaycanda da bu istiqamətdə analizlər vardır.

Ancaq bunu unutmamaq lazımdır. AB tərəfindən dəstəklənən «Nabucco»nun əsas qayəsi-Avropanın Rusiyadan olan enerji asılılığının azaldılmasıdır. Buna görə də Əliyevin bu sözləri Avropalı səlahiyyətli şəxsləri məmnun edə biləcək mahiyyətdə deyildir. Başqa sözlə desək, istər Avropa Şurası və NATO ilə olsun, istərsə də AB ilə - Qərb ilə münasibətlərinə önəm verdiyini həmişə söyləyən Bakı «Qaş düzəldərkən göz çıxartma» ehtimalı ilə qarşı-qarşıyadır. Digər tərəfdən, Rusiya ilə bu şəkildə «eşq-məhəbbət» edərkən, azərilərin unutmaması lazım olan bir cəhət var. Hər şeydən əvvəl, sadəcə Dağlıq Qarabağın deyil, Azərbaycanın digər torpaqlarının da ermənilərə verilməsində Rusiyanın önəmli rol olduğunu deyənlərin başında azərilər gəlir.

Xəyaldan ibarət düşüncə

Biz azərilərdən «rus dəstəyi olmasaydı, ermənilər heç bir şey edə bilməzdi»- dediklərini neçə dəfə eşitdiyimizi yadımızdan belə çıxarmışıq. Bunun tamamən olmasa da, bir qisminin doğru olduğunu deyən əcnəbi müşahidəçilər də var.

Vəziyyət belə olduğu halda, Ermənistan ilə konsensus axtarışlarına görə Ankaraya əsəbləşən Bakı buna cavab verərək Rusiyaya yaxınlaşmaq yolu ilə Qarabağla bağlı arzularını həyata keçirə biləcəyini zənn edirsə-bizcə, xəyal görür. Moskva Qafqazdakı stalinçi «Parçala-hökm sür» siyasətini eynilə davam etdirdiyini dünya-aləmə göstərərkən, bu gözləntinin boş olduğu açıq şəkildə ortadadır. Rusiyanın, daxili işlərinə qarışmadığı bir muxtar vilayətin tərəfində olduğu da meydandadır. Bunun adı qanuni şəkildə «Qarabağ üçün müstəqillik» olmasa da, reallıqda o mənanı daşıdığı da açıq-aşkardır. Ermənistan sərhədlərini də Türkiyədən qoruyan Rusiyanın bunu təminat altına almadan Qarabağdan kənarda qalan Azərbaycan torpaqlarını boşaltmaları üçün ermənilərə təzyiq göstərəcəyini də düşünmək xəyaldan ibarətdir.

Bu yazımıza yerləşmədiyinə görə bundan əlavə bir çox faktoru başqa yazılarımıza saxlayırıq. Hal-hazırda yeganə ümidimiz Türkiyəyə əsəbləşib rus oduyla oynayan azərilərin əllərini daha çox yandırmamalarıdır.
XS
SM
MD
LG