Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:39

«Dini etiqad azadlığı haqqında» qanunda məhdudiyyətlər artırılır


Fazil Qəzənfəroğlu
Fazil Qəzənfəroğlu
Milli Məclisin İnsan hüquqları komitəsi «Dini etiqad azadlığı haqqında» qanuna bir sıra əlavə və dəyişiklikləri bəyənib parlamentə göndərib.

Bu barədə «Azadlıq» radiosuna komitənin mayın 6-da keçirilən iclasından sonra deputat Fazil Qəzənfəroğlu məlumat verib. Onun sözlərinə görə, təqribən qanuna 10-dan çox əlavə və dəyişiklikdən söhbət gedir.

F.Qəzənfəroğlu deyir ki, Konstitusiyaya referendumla son əlavə və dəyişikliklər bu qanuna da yenidən baxmağı zəruri edirdi. Ancaq həm dini icmaların qeydiyyatında məhdudiyyətlərin artırılması, həm də bütün dini icmaların sentyabrın 1-ə qədər yenidən qeydiyyatdan keçməsinin tələb edilməsi narahatlığa əsas verir:

«Söhbət qanuna əlavə və dəyişiklikdən gedir. Belə olan halda qeydiyyatdan keçmiş dini icmaların yenidən qeydiyyatına nə ehtiyac var?».

Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə qanuna əlavə və dəyişiklikləri vicdan azadlığı sahəsində geriyə atılmış addım sayır:

«Söz və mətbuat, sərbəst toplaşmaq azadlığı sahəsində ölkə necə geriləyirsə, vicdan azadlığı sahəsində də elə geriləyir».

«Dini etiqad azadlığı haqqında» qanun 1992-ci ildə qəbul olunub. Qanuna indiyə qədər bir neçə dəfə əlavə və dəyişiklik edilib.
XS
SM
MD
LG