Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:41

«Bakı edə biləcəyi ən böyük güzəşti artıq edib»


Tahir Tağızadə
Tahir Tağızadə

«Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarması üçün Ermənistana edilə biləcək ən böyük güzəşti rəsmi Bakı artıq edib». Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə belə deyir. Onun sözlərinə görə, son günlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin verdiyi bəyanatlar danışıqların inkişafını düzgün istiqamətə aparmır. Cənab Tağızadə bəyan edir ki, «beynəlxalq hüquqa görə, ərazi bütövlüyünü başqa yolla təmin etməyə ixtiyarı olduğu halda, Azərbaycanın indiyə qədər sülh prosesinə sadiq qalması» ən böyük güzəştdir.


İyunun 29-da ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayza «Azadlıq» radiosuna verdiyi müsahibəsində deyib ki, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxması müqabilində Azərbaycan nə isə verməlidir.


Cənab Tağızadə deyir ki, səsləndirilən bu cür bəyanatların məqsədi aydın deyil: «Həmsədrlər daha yaxşı bilirlər ki, prosesə yanaşma «paket» və «mərhələli» xarakter daşıyır. Birinci mərhələdə hansısa komponent razılaşdırılmadan ikinci barədə danışmaq mümkün deyil».


XİN rəsmisinin sözlərinə görə, ya bütün məsələlərdə razılıq olacaq, ya da heç birində.


Xarici İşlər nazirinin müavini, doqquz il Azərbaycanın ATƏT-də nümayəndəsi olmuş Vaqif Sadıqov isə, deyir ki, münaqişələrin həlli məsələsində ATƏT-də bəzi boşluqlar var. Bunu təşkilatın 1992-ci ildən gündəliyində olan münaqişələr, həmçinin də Dağlıq Qarabağ problemini həll edə bilməməsi də təsdiqləyir.


Həmsədrlərin bəyanatına gəlincə, cənab Sadıqov bildirir ki, burada fövqəladə heç nə yoxdur: «Həmsədrlər öz işlərini görürlər. Onların öz məqsədləri var. Azərbaycan da buna qarşı açıq şəkildə cavab verir».


Nazir müavininin sözlərinə görə, bu proses 1992-ci ildən -14 ildir ki davam edir. Azərbaycan əlindən gələni edəcək ki, proses onun maraqlarının təmin olunması ilə öz həllini tapsın.


XS
SM
MD
LG