Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:39

«Azərbaycan Nigeriya ilə Norveç arasındadır»


Əli Məsimli "Azadlıq" radiosunun Bakı Bürosunda, 14 iyul 2006
Əli Məsimli "Azadlıq" radiosunun Bakı Bürosunda, 14 iyul 2006

Bu həftə nəhayət ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı oldu. Müşahidəçilər bu kəmərin Azərbaycan üçün böyük siyasi, iqtisadi əhəmiyyətdən danışırlar.


İyulun 14-də «Azadlıq» radiosunun Bakı Bürosunda bu mövzuda keçirilən müzakirədə Azad Demokratlar Birliyinin sədri, millət vəkili Əli Məsimli də BTC-ni Azərbaycanın müasir tarixində çox böyük hadisə adlandırdı. Amma «ərazisində neft, qaz, qızıl olan ölkələrin tarixində elə zamanlar olur ki, ərazisində belə sərvətlər olmayan ölkələrdən daha zəif inkişaf edir» deyən cənab Məsimov BTC-dən danışan zaman üç komponenti önə çəkməyi lazım bilir: «Təhlükəsizlik, Əməkdaşlıq, Rifah. Bunların baş hərflərini götürəndə, «TƏR» alınır. Deməli, tər tökmək, zəhmət çəkmək lazımdır ki, effekt alaq».


«Xalq qəzeti»nin əməkdaşı Rauf Əliyev və «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Xalid Kazımlının da iştirak etdiyi söhbətdə cənab Məsimov qeyd etdi ki, neftdən asılı olmayaraq dövlətin, cəmiyyətin və biznesin demokratik prinsiplərə əsaslanan harmoniyası alınanda, dövlət inkişaf edir: «Məsələn, Norveçdə adambaşına 40 min dollara yaxın ümumdaxili məhsul hasil olunur. Nigeriyada neftin hesabına bum dövründə bir müddət adambaşına ümumdaxili məhsul istehsalı artdı, amma sonrakı dövrlərdə yenə də böhran başladı. Çünki, mən dediyim həmin iqtisadi demokratiya, ümumiyyətlə, azadlıqları istisna etməklə inkişaf yolunu tutdu. Ona görə Nigeriyanın göstəriciləri yuvarlaq götürsək, indi adambaşına 500 dollar səviyyəsindədir ki, bu da Norveçdən 80 dəfə aşağıdır. Azərbaycanda adambaşına 1500 dollar ümumdaxili məhsul istehsal edilir. Deməli, biz Nigeriya ilə Norveçin arasındayıq» - deyə Əli Məsimli bildirir.


DİNLƏYİN!


XS
SM
MD
LG