Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:35

Azərbaycan Yaxın Şərqdə zorakılığın dayandırılmasını istəyir


İsrail qoşunları İsrail-Fələstin sərhəddindəki yolda patrul çəkirlər, 13 iyul 2006
İsrail qoşunları İsrail-Fələstin sərhəddindəki yolda patrul çəkirlər, 13 iyul 2006

Azərbaycan Yaxın Şərqdə zorakılığın dayandırılması üçün İslam Konfransı Təşkilatının (İKT) BMT rəhbərliyinə müraciət etməsi təşəbbüsü ilə çıxış edib. Hazırda İKT-a sədrlik edən Azərbaycan bu təşəbbüsünü qurumun baş katibi Ekmaləddin İhsanoğluna çatdırıb. Cənab İhsanoğlu BMT-nin baş katibi Kofi Annana ünvanlayacağı məktubda onu məsələyə birbaşa müdaxilə edib zorakılığa son qoymağa çağıracaq.


Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə deyir ki, Azərbaycan təkcə İKT-nın üzvü kimi yox, həm də beynəlxalq birliyin nümayəndəsi kimi Yaxın Şərqdə zorakılığın alovlanmasından narahatdır: «Azərbaycan hesab edir ki, zorakılıq heç bir problemin həllinə kömək edə bilməz».


Bundan başqa, rəsmi Bakı həm də Livandakı vətəndaşlarının taleyindən narahatdır. Azərbaycanın Beyrutdakı fəxri konsulu Nazih Qəssuba tapşırılıb ki, həmin ölkədə Azərbaycan vətəndaşlarının sayı dəqiqləşdirsin. Bundan sonra onlarla bağlı hansısa addımların atılmasına qərar veriləcək.


Bir neçə gündür ki, İsrail ordusu Livan ərazisində hərbi əməliyyatlara başlayıb. Bu isə Yaxın Şərqdə artıq növbəti müharibənin başlanması kimi dəyərləndirilir.


XS
SM
MD
LG